«Qonaqpərvərliyi yaddan çıxarmayın»
«Qonaqpərvərliyi yaddan çıxarmayın» (İBR. 13:2).
NƏĞMƏ: 124, 79
1, 2. a) Adətən, qəriblər hansı çətinliklərlə üzləşirlər? (Məqalənin əvvəlindəki şəklə baxın.) b) Həvari Bulus məsihilərə hansı məsləhəti vermişdi və bununla bağlı hansı suallar yaranır?
OTUZ il bundan əvvəl Osey [1] adlı bir qardaş (həmin vaxt o, Yehovanın Şahidi deyildi) Qanadan Avropaya köçür. Osey o günləri xatırlayaraq deyir: «Dərhal başa düşdüm ki, məni burada adam yerinə qoyan yoxdur. Buranın havası mənim üçün dəhşət idi. Hava limanının qapısından çıxanda soyuq hava iliyimə işlədi. Məni ağlamaq tutdu, çünki bu vaxta qədər soyuğun nə olduğunu bilməmişdim». Dil bilmədiyi üçün Osey düz bir il normal iş tapa bilmir. Ailəsindən uzaqda olduğuna görə o, özünü çox tənha hiss edir və yaxınları üçün darıxırdı.
2 Oseyin yerində olsaydınız, insanların sizinlə necə rəftar etməsini istəyərdiniz? Məgər siz ibadət evinə gələndə sizi xoş üzlə qarşılasaydılar, milliyyətinizə və dərinizin rənginə fikir verməsəydilər, sevinməzdiniz? Müqəddəs Kitab bütün həqiqi məsihilərə qəriblərə qonaqpərvərlik göstərməyi buyurur (İbr. ). Bu ayədə «qonaqpərvərlik» kimi tərcümə olunan yunan sözü «qəriblərə xeyirxahlıq» mənasını daşıyır. Buna görə gəlin növbəti sualları nəzərdən keçirək: Yehova qəriblərə necə yanaşır? Biz qəriblərə necə yanaşırıq? Yığıncağımızdakı əcnəbilər qəribçilik hiss etməsinlər deyə, nə edə bilərik? 13:2
YEHOVA QƏRİBLƏRƏ NECƏ YANAŞIR?
3, 4. Çıxış 23:9 ayəsinə əsasən, israillilər qəriblərlə necə rəftar etməli idilər və nəyə görə?
3 Yehova Allah İsrail xalqını Misir köləliyindən azad edəndən sonra onlara bir sıra qanunlar vermişdi. Həmin qanunlarda israillilərdən onlara qoşulan çoxlu sayda yadellilərlə anlayışla davranmaq tələb olunurdu (Çıx. 12:38, 49; 22:21). Qəriblər, adətən, çox şeydən məhrum olduğuna görə Yehova onların qayğısına qalaraq bəzi tədbirlər görmüşdü. Məsələn, onlar məhsul yığımından sonra yerdə qalan məhsulu yığa bilərdilər (Lav. 19:9, 10).
4 Yehova sadəcə əmr verə bilərdi ki, israillilər qəriblərə hörmət etsinlər. Amma O, israilliləri həm də şəfqətli olmağa səsləyirdi. (Çıxış 23:9 ayəsini oxuyun.) İsraillilər qəribliyin nə demək olduğunu çox yaxşı bilirdilər. Misirlilər dinlərinə və milliyyətlərinə görə həmişə yəhudilərdən uzaq gəzirdilər, hətta onları kölə etməmişdən əvvəl də (Yar. 43:32; 46:34; Çıx. 1:11—14). İsraillilər bu qərib ölkədə çox acı həyat yaşamışdılar. Amma Yehova onlara buyurmuşdu ki, aralarında yaşayan qəriblərə «yerli adam kimi» yanaşsınlar (Lav. 19:33, 34).
5. Qəriblərə Yehova kimi şəfqətlə yanaşmağa bizə nə kömək edə bilər?
5 Yehovanın qəriblərə münasibəti dəyişməyib. O, bu gün də yığıncaqlarımıza başqa ərazilərdən köçüb gələn insanlara şəfqətlə yanaşır (Qan. 10:17—19; Məl. 3:5, 6). Bu insanların qarşılaşdığı çətinlikləri, məsələn, ətrafdakıların onlara milliyətinə görə yuxarıdan aşağı baxdığını, dili bilmədiklərini nəzərə alsaq, onlara kömək etmək və şəfqət göstərmək üçün fürsət axtaracağıq (1 But. 3:8).
BİZ QƏRİBLƏRƏ NECƏ YANAŞIRIQ?
6, 7. Erkən məsihilərin yəhudilərdə kök atmış qərəzli münasibətə qalib gəldiyi nədən görünür?
6 Birinci əsrdə yaşayan yəhudilər başqa millətlərdən olanları sevmirdilər, amma məsihilər dərinə kök atmış bu qərəzli münasibətə qalib gələ bilmişdilər. Yerusəlimdəki məsihilər eramızın 33-cü ilində müxtəlif məmləkətlərdən Əllinci gün bayramına gəlmiş və yenicə məsihiliyi qəbul etmiş insanlara qonaqpərvərlik göstərmişdilər (Həv. 2:5, 44—47). Yəhudi məsihilərin başqa ölkələrdən olan dindaşlarına bu cür məhəbbət göstərməsindən görünür ki, onlar qonaqpərvərliyin, yəni qəriblərə yaxşılıq etməyin nə demək olduğunu yaxşı başa düşürdülər.
7 Lakin məsihi yığıncağı böyüdükcə vəziyyət dəyişməyə başladı, məsihilərin arasında ayrı-seçkilik yarandı. Yunandilli yəhudilər narazılıq edirdilər ki, onların dul qadınlarına etinasız yanaşılır (Həv. 6:1). Məsələni yoluna qoymaq üçün həvarilər yeddi qardaş təyin etdi. Bu qardaşlar nəzarət etməli idilər ki, heç kəs diqqətdən kənarda qalmasın. Maraqlısı odur ki, onların adı yunan adı idi. Bu, həvarilərin erkən məsihilərin arasında yaranan gərginliyi azaltmaq istədiyini göstərir (Həv. 6:2—6).
8, 9. a) Hansı sualların köməyi ilə bizdə qərəzli münasibətin olub-olmadığını müəyyən edə bilərik? b) Hansı hissi ürəyimizdən qoparıb atmalıyıq? (1 But. 1:22).
8 Qeyd etmək lazımdır ki, böyüdüyümüz mədəniyyət hər birimizə istər-istəməz təsir edir (Rom. 12:2). Üstəlik, ola bilsin, qonşular, əməkdaşlarımız, sinif yoldaşlarımız başqa millətdən və ya yerdən olan, dərisinin rəngi ilə onlardan fərqlənən insanları lağa qoyurlar. Özümüzü yoxlamalıyıq görək, onların qərəzli münasibəti bizə sirayət etməyib? Kimsə millətimizi məsxərəyə qoyanda, məsələn, mədəniyyətimizin hansısa cəhətini şişirdib güləndə bunu necə qarşılayırıq?
9 Həvari Butrus bir müddət qeyri-yəhudilərə qərəzli yanaşırdı, amma yavaş-yavaş o, bu xüsusiyyəti özündən ata bildi (Həv. 10:28, 34, 35; Qal. 2:11—14). Əgər biz də özümüzdə millətçilik ruhu, insanlara qərəzli münasibət hiss ediriksə, əlimizdən gələni etməliyik ki, bu hissləri ürəyimizdən qoparıb ataq. (1 Butrus 1:22 ayəsini oxuyun.) Gəlin düşünək: hansı millət kamildir? Hamımız qeyri-kamilik və heç birimiz xilası qazana bilmərik (Rom. 3:9, 10, 21—24). Onda nəyə görə özümüzü başqalarından üstün tutmalıyıq?! (1 Kor. 4:7). Bu sahədə həvari Bulusdan nümunə götürməliyik. O, məsh olunmuş məsihilərə demişdi: «Siz artıq yadelli və qərib deyilsiniz, siz... Allahın ailəsinin üzvlərisiniz» (Efes. 2:19). Var gücümüzlə çalışıb insanlara qarşı qərəzli münasibətin öhdəsindən gəlsək, yeni şəxsiyyəti geyinə biləcəyik (Kol. 3:10, 11).
QƏRİBLƏRDƏN YAXŞILIĞI ƏSİRGƏMƏYİN
10, 11. Buəzin qəriblərə Yehova kimi yanaşdığı nədən görünür?
10 Buəzin muabi Ruta münasibətindən görünür ki, o, qəriblərə Yehovanın gözü ilə baxırdı. Bir gün Buəz tarlasında biçin işinin necə getdiyini yoxlamağa gedir. Rut onun zəmisində biçinçilərdən düşmüş sünbülləri yığırdı. Başqa məmləkətdən gəlmiş bu zəhmətkeş qadın onun diqqətini çəkir. Qanuna görə Rutun başaq yığmağa hüququ çatsa da, o icazə istəmişdi. Buəz bundan xəbər tutanda səxavət göstərib Ruta dərzlərin arasından da sünbül yığmağa icazə verir. (Rut 2:5—7, 15, 16 ayələrini oxuyun.)
11 Buəzin Rutla söhbətini nəzərdən keçirsək, görərik ki, o, Rutun bir qərib kimi hansı çətinliklərlə üzləşdiyini başa düşürdü. Birincisi, Buəz Ruta dedi ki, qarabaşlarının yanında başaq yığsın, çünki sahədəki işçilər onu incidə bilərdilər. İkincisi, o, Rutu muzdlu işçilərindən ayırmadı, onu su və yeməklə təmin etdi. Həmçinin yadelli olduğu üçün Buəz ona yuxarıdan aşağı baxmadı, onunla alçaldıcı tonda danışmadı, əksinə, ona ürək-dirək verdi (Rut 2:8—10, 13, 14).
12. Xeyirxahlıq yığıncağa yeni gələn əcnəbilərə necə təsir edə bilər?
12 Buəzə dərin təsir bağışlayan təkcə Rutun qayınanası Naiməyə göstərdiyi fədakar məhəbbət deyildi, həm də onun Yehovanın yolunu tutması idi. Buəzin Yehovanın qanadları altına sığınan bu qadına göstərdiyi xeyirxahlıq Yehovanın məhəbbətinin təzahürü idi (Rut 2:12, 20; Məs. 19:17). Biz də «hər cür insan»a xeyirxahlıq edəriksə, çox ehtimal ki, onlar həqiqəti qəbul edər və Yehovanın onlara bəslədiyi dərin məhəbbəti duyarlar (1 Tim. 2:3, 4).
13, 14. a) Nəyə görə əlimizdən gələni edib ibadət evinə təzə gələn əcnəbiləri salamlamalıyıq? b) Başqa millətdən olan insanla ünsiyyət etməyə çəkinirsinizsə, nə edə bilərsiniz?
13 Yığıncağa yeni gələn əcnəbilərə yaxşılıq etməyin bir yolu onları ibadət evində salamlamaqdır. Ola bilsin, siz də diqqət yetirmisiniz ki, əcnəbilər, adətən, çəkingən olurlar və cəmiyyətə qarışmırlar. Bəlkə də mədəniyyətlərinə, yaxud ictimai təbəqələrinə görə onlar özlərini başqa irqdən və ya millətdən aşağı hesab edirlər. Bunu nəzərə alaraq, biz onlara JW Language» proqramı varsa, oradan yeniləri onların doğma dilində salamlamağı öyrənsəniz, yaxşı olar. (Filippililərə 2:3, 4 ayələrini oxuyun.)
diqqət ayırmalı və mehriban münasibət göstərməliyik. Sizin dildə «14 Ola bilər, başqa millətdən olan insanla ünsiyyət etməyə çəkinirsiniz. Bu hissi aşmaq üçün onlarla söhbət edəndə əvvəlcə özünüz haqda nə isə danışa bilərsiniz. Çox keçməmiş görəcəksiniz ki, hər şey siz fikirləşdiyiniz kimi deyil, sizi birləşdirən şeylər daha çoxdur, nəinki ayıran. Unutmayın, hər mədəniyyətin həm gözəl, həm də çatışmayan cəhətləri var.
QOY QƏRİBLƏR QƏRİBÇİLİK ÇƏKMƏSİN
15. Ərazinizə təzə köçən insanlara anlayış göstərməyə sizə nə kömək edə bilər?
15 Yığıncağınızdakı əcnəbilərin qəribçilik çəkməməsi üçün onlara kömək etmək istəyirsinizsə, özünüzdən soruşun: «Əgər mən başqa ölkəyə köçsəydim, oradakı insanların mənimlə necə rəftar etməsini istəyərdim?» (Mət. 7:12). Sizin əraziyə təzə köçən insanların düşüncə tərzi və davranışları əvvəl-əvvəl sizə qəribə gələ bilər, amma çalışın onlara qarşı səbirli olasınız. Gözləməyin ki, onlar sizin ərazidəki insanlar kimi olmalıdırlar, bu insanları olduqları kimi qəbul edin. (Romalılara 15:7 ayəsini oxuyun.)
16, 17. a) Əcnəbilərlə yaxın münasibət qurmağa bizə nə kömək edə bilər? b) Yığıncağımızdakı əcnəbi həmimanlılarımıza nədə kömək göstərə bilərik?
16 Bizim, yaxud başqa yığıncaqlardakı əcnəbilərin ölkələri və mədəniyyəti barədə məlumat əldə etsək, bu, onlarla ünsiyyətimizi asanlaşdıra bilər. Məsələn, ailəvi ibadət zamanı bu barədə araşdırma aparmaq olar. Əcnəbilərlə yaxın münasibət qurmağın başqa bir yolu onları qonaq çağırmaqdır. Yehova Allah «digər xalqlara iman qapısını» açıb. Bəs bizə başqa ölkədən olan iman qardaşlarımıza Həv. 14:27; Qal. 6:10; Əyy. 31:32).
öz evimizin qapısını açmağa nə mane olur? (17 Başqa ölkədən ərazimizə köçən ailələrlə ünsiyyət etsək, görəcəyik ki, onlar bizim mədəniyyətə alışmaq üçün nə qədər əziyyət çəkirlər. Bəlkə də ölkənin dilini öyrənmək üçün onlara kömək lazımdır. Biz onları iş və ev tapmağa kömək edən təşkilatlara yönəldə bilərik. Bu cür kömək əcnəbi bacı-qardaşlarımızın həyatını xeyli asanlaşdıra bilər (Məs. 3:27).
18. Əcnəbilər Rutdan nədə nümunə götürə bilərlər?
18 Təbii ki, başqa ölkəyə köçənlər də oranın mədəniyyətinə öyrəşməyə çalışmalıdırlar. Rut bu sahədə çox gözəl nümunə qoyub. Birincisi, o, başaq yığmaq üçün icazə almaqla yerli adət-ənənələrə hörmətlə yanaşdığını göstərdi (Rut 2:7). O düşünmürdü ki, başqaları ona yaxşılıq etməyə borcludur. İkincisi, Rut ona göstərilən yaxşılığa görə minnətdarlığını bildirdi (Rut 2:13). Əcnəbilər Rutdan nümunə götürsələr, həm yerli camaatın, həm də bacı-qardaşların hörmətini qazanarlar.
19. Nəyə görə qəriblərə qonaqpərvərlik göstərməliyik?
19 Biz çox sevinirik ki, Yehovanın lütfü sayəsində bütün xalqlar müjdəni eşidir. Ola bilsin, kimlərsə müəyyən səbəblərə görə öz ölkəsində Müqəddəs Kitabı araşdıra və ibadət görüşlərinə gedə bilmirdi. Amma bizim əraziyə köçəndən sonra bunu rahat şəkildə edə bilirlər. Gəlin əlimizdən gələni edək ki, onlar özlərini aramızda qərib kimi hiss etməsinlər. Bəlkə də bizim onlara maddi və praktiki cəhətdən kömək etmək imkanımız yoxdur, amma hər birimiz xeyirxahlıq edərək Yehovanın onlara bəslədiyi məhəbbəti təzahür etdirə bilərik. Gəlin qəriblərə qonaqpərvərlik göstərməklə Yehova Allaha bənzəməyə çalışaq (Efes. 5:1, 2).
^ [1] (1-ci abzas) Ad şərtidir.