ÜZ QABIĞINDAKI MÖVZU | ÖLÜMLƏ BAĞLI MÜQƏDDƏS KİTABDA NƏ YAZILIB?
Ölüm həyatın davamıdır?
BU MÖVZU ilə bağlı müxtəlif fikirlər mövcuddur. Kimisi öləndən sonra insanın başqa bir aləmdə, başqa bir şəkildə yaşamağa davam etdiyinə, kimisi fərqli vücudda yenidən doğulduğuna, kimisi isə ölümlə hər şeyin bitdiyinə inanır.
Yəqin ki, bu mövzu ilə bağlı sizin də yaşadığınız cəmiyyətin və mədəniyyətin təsiri altında formalaşmış müəyyən fikriniz var. Göründüyü kimi, ölümdən sonra həyatın olub-olmadığı ilə bağlı çoxlu və bir-birindən fərqli inanclar mövcuddur. Bəs düzgün cavabı kim bilir? Onu kimdən və haradan öyrənmək olar?
Əsrlər boyu din xadimləri insanlara ruhun ölməzliyi təlimini təbliğ ediblər. Demək olar, bütün əsas dinlərin nümayəndələri, xristianlar, hinduistlər, yəhudilər və başqaları ruhun ölməzliyinə, bədənin öldüyünə ruhun isə bədəndən çıxıb başqa bir dünyada yaşadığına inanır. Buddistlər isə inanır ki, insanın daxilindəki qüvvə və ya şüur insan dönə-dönə dünyaya gəlməklə nirvanaya qovuşur, yəni ali məqsədə çatır.
Bu təlimlərə söykənərək dünyadakı əksər insanlar ölümün başqa bir dünyaya açılan qapı olduğuna inanır. Bu səbəbdən çoxları üçün ölüm həyatın önəmli mərhələsidir və Allahın iradəsinə daxildir. Bəs bilmək istəyərdiniz, ölümlə bağlı Müqəddəs Kitabda * nə yazılıb? Onda növbəti məqaləni oxuyun. Çox ehtimal ki, oxuduqlarınız sizi təəccübləndirəcək.
^ abz. 6 Tövrat, Zəbur, İncil