Allah və İsa Məsih haqqında həqiqət
İnsanlar çoxlu ilahlara sitayiş edirlər, lakin Allah təkdir (Yəhya 17:3). O, Haqq-Taaladır, hər şeyin yaradanıdır, həyatın mənbəyidir. Təkcə O, ibadətə layiqdir (Dənyal 7:18; Vəhy 4:11).
Allahı yaxından tanıyaq
Allahın adı. Allah Özü deyir: «Mən Yehovayam. Adım budur» (Əşiya 42:8). Müqəddəs Kitabda Allahın adına təxminən 7000 dəfə rast gəlinir. Lakin Müqəddəs Kitabın bir çox tərcümələrində bu ad başqa sözlərlə, məsələn, «Rəbb» sözü ilə əvəz olunub. Allah istəyir ki, siz Onunla dost olasınız, buna görə də sizi adını çağırmağa səsləyir (Zəbur 105:1).
Yehova Allaha ünvanlanan xitablar. Müqəddəs Kitabda Yehova Allaha «Qadir Allah», «Yaradan», «Ata», «Rəbb», «Külli-İxtiyar» sözləri ilə xitab olunur. Müqəddəs Kitabda yazılan bir çox dualarda Yehovaya həm bu hörmətcil sözlərlə, həm də adı ilə müraciət olunur (Dənyal 9:4).
Yəhya 4:24). Müqəddəs Kitab da təsdiq edir ki, «bəşər övladlarından heç kim heç vaxt Allahı görməmişdir» (Yəhya 1:18). Müqəddəs Kitabda həmçinin Allahın hissləri barəsində də yazılıb. İnsanların əməlləri Allaha ya ağır, ya da xoş gedə bilər (Məsəllər 11:20; Zəbur 78:40, 41).
Allahın varlığı. Allah gözəgörünməz, ruhani Varlıqdır (Allahın möhtəşəm keyfiyyətləri. Allah bəndələri arasında ayrı-seçkilik etmir. O, hər xalqdan, hər təbəqədən olan insanlara eyni cür yanaşır (Həvarilərin işləri 10:34, 35). O, «rəhmli və mərhəmətli, səbirli, məhəbbəti bol, həqiqəti əngin» olan Allahdır (Çıxış 34:6, 7). Allahın dörd keyfiyyəti xüsusilə gözəldir.
Güc. Yehova Qadir Allah olduğu üçün vəd etdiyi hər şeyi yerinə yetirməyə gücü çatır (Yaradılış 17:1).
Hikmət. Allah hər kəsdən hikmətlidir. Bu səbəbdən Müqəddəs Kitabda deyilir ki, Allah «hikmətin tək sahibi»dir (Romalılara 16:27).
Ədalət. Allah həmişə düzgün davranır. Onun işləri mükəmməldir, O, heç vaxt nahaq iş görmür (Qanunun təkrarı 32:4).
Məhəbbət. Müqəddəs Kitabda deyilir ki, «Allah məhəbbətdir» (1 Yəhya 4:8). Allah sadəcə məhəbbət göstərmir, O, məhəbbətin təcəssümüdür. O, hər şeyi məhəbbətdən irəli gələrək edir. Biz bunun xeyrini hər sahədə görürük.
Allahın insanlarla dostluğu. Allah Öz bəndələrini Ata kimi sevir (Mətta 6:9). Ona iman etsək, Onunla dost ola bilərik (Zəbur 25:14). Allah sizi dua edərək Ona yaxınlaşmağa və bütün qayğılarınızı Onun üzərinə qoymağa səsləyir, çünki O qayğınızı çəkir (1 Butrus 5:7; Yaqub 4:8).
İsa Məsih kimdir?
İsa Məsihi Allaha şərik qoşmaq olmaz. İsanı fərqli edən odur ki, o, Allahın bilavasitə Özünün yaratdığı yeganə varlıqdır. Buna görə Müqəddəs Kitabda ona məcazi mənada Allahın Oğlu deyilir (Yəhya 1:14). İlk olaraq İsanı yaradandan sonra Yehova qalan hər kəsi və hər şeyi yaratmaq üçün ondan usta kimi istifadə etmişdi (Məsəllər 8:30, 31; Koloslulara 1:15, 16).
Yəhya 7:29). İsa Məsih şagirdlərindən biri ilə danışanda Yehovanı öz Atası və onların Atası, öz Allahı və onların Allahı adlandırmışdı (Yəhya 20:17). İsa Məsih öləndən sonra Yehova Allah onu dirildib, göyə qaldırmış və Ona böyük səlahiyyət verərək sağ tərəfində əyləşdirmişdi (Mətta 28:18; Həvarilərin işləri 2:32, 33).
İsa Məsih heç vaxt Allah olduğunu deməmişdi. Əksinə, o demişdi ki, «mən Onun [Allahın] elçisiyəm, məni O göndərib» (İsa Məsih Allaha aparan yoldur
İsa Məsih Atasını tanıtmaq üçün yer üzünə gəlmişdi. Yehova İsa barədə demişdi: «Bu, Mənim sevimli Oğlumdur. Ona qulaq asın!» (Mark 9:7). İsa Məsih Allahı hər kəsdən yaxşı tanıyır. O demişdi: «Atanı da Oğuldan savayı və Oğulun tanıtmaq istədiyi adamdan savayı heç kəs tanımır» (Luka 10:22).
İsa Məsih Allahın keyfiyyətlərini mükəmməl sürətdə əks etdirir. O, xasiyyətcə Allaha o qədər bənzəyirdi ki, belə sözlər demişdi: «Məni görən Atanı da görüb» (Yəhya 14:9). İsa Məsih sözündə və əməlində Allahın məhəbbətini əks etdirərək insanları Allaha cəlb edirdi. O demişdi: «Yol, həqiqət və həyat mənəm. Mənim vasitəçiliyim olmadan heç kəs Atanın yanına gələ bilməz» (Yəhya 14:6). Həmçinin qeyd etmişdi ki, «Ataya düzgün ibadət edənlər ruha və həqiqətə uyğun ibadət edəcəklər. Çünki Ata Ona bu cür ibadət etmək istəyənləri axtarır» (Yəhya 4:23). Təsəvvür edirsiniz, Yehova Allah sizin kimi insanları, Onun haqqında həqiqəti bilmək istəyən insanları axtarır!