Allahın Padşahlığı haqqında həqiqət
İsa Məsih şagirdlərinə belə dua etməyi öyrətmişdi: «Göylərdə olan Atamız, qoy adın müqəddəs tutulsun. Qoy Padşahlığın gəlsin. Qoy Sənin iradən göydə olduğu kimi, yerdə də yerinə yetsin» (Mətta 6:9, 10). Allahın Padşahlığı nədir? Hansı işləri həyata keçirir? Nəyə görə onun gəlməsi üçün dua etməliyik?
İsa Məsih bu Padşahlıqda Padşah təyin olunub.
Luka 1:31—33: «Onun adını İsa qoyarsan. O, böyük olacaq, Haqq-Taalanın Oğlu adlanacaq. Yehova Allah ona atası Davudun taxtını verəcək. O, Yaqubun evi üzərində əbədiyyən hökmranlıq edəcək, onun Padşahlığının sonu olmayacaq».
Padşahlıq İsa Məsihin təbliğinin əsas mövzusu idi.
Mətta 9:35: «Sonra İsa şəhərləri və kəndləri bir-bir gəzməyə başladı. O, sinaqoqlarda vəz edir, Padşahlıq haqqında müjdəni təbliğ edir, hər cür xəstəliyi və naxoşluğu sağaldırdı».
İsa Məsih Padşahlığın idarə etmək üzrə olduğunu bilsinlər deyə şagirdlərinə əlamət verdi.
Mətta 24:7: «Millət millətə qarşı, dövlət dövlətə qarşı qalxacaq. Gah burada, gah orada qıtlıq, zəlzələlər olacaq».
Hazırda İsa Məsihin şagirdləri bütün dünyada Padşahlıq haqqında təbliğ edir.
Mətta 24:14: «Padşahlıq haqqındakı bu müjdə xalqların hamısına şəhadət olsun deyə, bütün yer üzündə təbliğ ediləcək və son o vaxt gələcək».