Kontentə keç

Mündəricatı göstər

MÜTALİƏ ÜÇÜN TƏKLİF

Sadiq insanlar əhdlərinə sadiqdir

Sadiq insanlar əhdlərinə sadiqdir

Hakimlər 11:30—40 ayələrini oxuyun. Görün İftahla qızının əhvalatından əhd verməklə bağlı nə öyrənə bilərsiniz.

Konteksti təhlil edin. Sadiq israillilər Yehovaya verdikləri əhdlərə, dedikləri nəzirlərə necə yanaşırdılar? (Say. 30:2). İftah və qızı Yehovaya iman etdiklərini necə göstərdi? (Hak. 11:9—11, 19—24, 36).

Dərinliyə varın. İftah bu nəziri deyəndə nəyi nəzərdə tuturdu? (w16.04 s. 7, abz. 12). İftah və qızı verilən nəziri yerinə yetirmək üçün hansı qurbanları verdi? (w16.04 s. 7—9, abz. 14—16). Bu gün məsihilər hansı əhdləri verirlər? (w17.04 s. 5—8, abz. 10—19).

Nəticə çıxarın. Düşünün:

  • «Həsr olunma əhdimə necə sadiq qala bilərəm?» (w20.03 s. 13, abz. 20).

  • «Yehovaya daha çox xidmət etmək üçün hansı qurbanları verə bilərəm?»

  • «Nikah əhdimə sadiq qalmaq üçün nə edə bilərəm?» (Mət. 19:5, 6; Efes. 5:28—33).