Kontentə keç

Mündəricatı göstər

KƏDƏRLİ İNSANLARA KÖMƏK

Kədərin ən yaxşı dərmanı

Kədərin ən yaxşı dərmanı

DOĞMA İNSANI İTİRMƏK ACISI SON İLLƏR ƏN ÇOX TƏDQİQ OLUNAN MƏSƏLƏLƏRDƏN BİRİDİR. Əvvəlki məqalədən gördük ki, ən yaxşı mütəxəssis məsləhəti Müqəddəs Kitabda yatan qədimi hikmət xəzinəsi ilə çox vaxt üst-üstə düşür. Bu, Müqəddəs Kitab məsləhətlərinin hər zaman aktual olduğundan xəbər verir. Amma Müqəddəs Kitab sadəcə etibarlı məsləhət mənbəyi deyil. Kədərli insanların ürəyinə su səpən, tayı-bərabəri olmayan təsəlli sözlərini yalnız oradan tapmaq olar.

  • Ölüm yuxusuna getmiş əzizlərimizin əzab çəkmədiyinə əmin olun

    Tövratda deyilir ki, «ölülər heç nə bilmir» (Vaiz 9:5). Onların «düşüncələri... yox olur» (Zəbur 146:4). Buna müvafiq olaraq, Müqəddəs Kitab ölümü yuxuya bənzədir (Yəhya 11:11).

  • Mərhəmətli Allaha güclü iman təsəlli gətirir

    Zəbur 34:15 ayəsində deyilir: «Yehovanın * gözü salehlərin üzərindədir, qulağı onların yalvarışını eşidir». Duada Allaha hisslərimizi bildirmək sadəcə təsəlli tapmağa və ya düşüncəmizi nəzarət altında saxlamağa kömək etmir. Dua sayəsində Öz gücü vasitəsilə bizə təsəlli verən Yaradanımızla sıx münasibətlər qururuq.

  • Həsrətlə gözlədiyimiz gözəl gələcək

    Belə bir gələcəyi təsəvvür edin: qəbirlərdə olanlar yenidən yer üzündə həyata qayıdır! Müqəddəs Kitabda bu gözəl dövran haqda dəfələrlə danışılır. Orada həmin vaxt yer üzündə güzəranın necə olacağı təsvir olunur, deyilir ki, Allah gözlərimizdən bütün yaşları siləcək. «Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq» (Vəhy 21:3, 4).

Yehovaya iman gətirənlərin çoxu əzizlərini yenidən görmək ümidinə sığındıqları üçün özlərində hədsiz güc tapıb kədərlə mübarizə apara bilirlər. Məsələn, 65 illik həyat yoldaşını itirmiş Ann deyir: «Müqəddəs Kitab məni əmin edir ki, ölən əzizlərimiz əzab çəkmir və Allah yaddaşında olan hər kəsi dirildəcək. Hər dəfə həyat yoldaşım haqda düşünəndə bu fikirlər yadıma düşür. Beləcə, həyatımın bu ən ağır dərdinə dözə bilirəm».

Ötən məqalələrdə adı çəkilən Tina bölüşür: «Timo öləndən bəri Allahın mənə dayaq olduğunu hiss edirəm. Çətin anlarımda Yehovanın əlini açıq-aşkar öz üzərimdə görürəm. Müqəddəs Kitabdakı dirilmə vədinin gerçək olduğuna inanıram. Bu, mənə Timonu görəcəyim günə kimi möhkəm qalmağa kömək edir».

Bu düşüncələr Müqəddəs Kitabın mötəbər mənbə olduğuna inanan milyonlarla insanın ağlından keçən düşüncələrdir. Əgər sizə elə gəlirsə ki, Müqəddəs Kitabda yazılanlar bir xülyadır, onda oradakı məsləhətlərin və vədlərin doğruluğuna əmin olmaq üçün araşdırma aparın. Bunu etsəniz, görəcəksiniz ki, kədərli insanların dərdinə ən yaxşı dərman Müqəddəs Kitabdır!

ÖLƏNLƏR ÜÇÜN ÜMİD HAQDA DAHA ÇOX ÖYRƏNİN

Bu barədə videolara rəsmi saytımızda, jw.org saytında baxa bilərsiniz

Müqəddəs Kitab ölən əzizlərimizə yenidən qovuşacağımız bir gələcək vəd edir

ALLAHIN KƏLAMI ÖLÜLƏR HAQDA NƏ DEYİR?

İnsan öləndən sonra nə baş verir? Müqəddəs Kitabın aydın cavabı bizə rahatlıq və təsəlli verir

KİTABXANA > VİDEOLAR bölməsinə daxil olun (videoarxiv: MÜQƏDDƏS KİTAB)

XOŞ XƏBƏR EŞİTMƏK İSTƏYİRSİNİZ?

Bu gün ancaq pis xəbərlər eşidirik. Bəs gözəl xəbərlər haradan eşidə bilərik?

MÜQƏDDƏS KİTAB TƏLİMLƏRİ > XOŞBƏXTLİK VƏ QƏLB RAHATLIĞI bölməsinə daxil olun

^ abz. 7 Müqəddəs Kitaba əsasən, Allahın adı.