«Sizsiniz Mənim şahidlərim»
«[Yehova] bəyan edir: “Sizsiniz Mənim şahidlərim”» (YEŞAYA 43:10).
1, 2. a) «Şahid» sözü nə məna daşıyır və dünya mediasının bu adı doğrultmadığı nədən görünür? b) Yehova nə üçün dünya mediasına möhtac deyil?
ŞAHİD. Bu söz nə məna daşıyır? Bir lüğətdə izah edilir ki, şahid «hadisəni görən və bu haqda məlumat verən şəxsdir». Məsələn, Cənubi Afrikanın Pitermaritsburq şəhərində 160 ildən çoxdur ki, «Vitnes» adlı qəzet dərc edilir. Adının tərcüməsi «şahid» olan bu qəzet öz adına uyğun olaraq dünyada baş verən hadisələr haqda dəqiq məlumat verir. Qəzetin ilk baş redaktoru söz vermişdi ki, bu qəzet «həqiqəti, yalnız və yalnız həqiqəti» çatdıracaq.
2 Təəssüf ki, bu gün dünya mediası bəşər tarixinin ən vacib faktlarını ya gizlədir, ya da təhrif edir. Məsələn, onlar Külli-İxtiyar Allahın qədimdə Yezekel peyğəmbər vasitəsilə bəyan etdiyi: «Millətlər biləcəklər ki, Mən Rəbbəm», — xəbərindən bəşəriyyəti bixəbər qoyublar (Yez. 39:7). Lakin kainatın Ali Hökmdarı dünya mediasına möhtac deyil. Çünki Onun keçmişdə və indi bəşəriyyət üçün gördüyü işləri bütün millətlərə duyuran səkkiz milyona yaxın Şahidi var! Bu Şahidlər ordusu Allahın bəşəriyyət üçün gələcəkdə edəcəyi işlər barədə də bəyan edir. Bu şahidlik işinə ən ümdə iş kimi yanaşmaqla Allahın bizə verdiyi adı doğrultmuş oluruq. Çünki Yeşaya 43:10 ayəsində Yehova Özü bəyan edir: «Sizsiniz Mənim şahidlərim, seçdiyim qullarım».
3, 4. a) Müqəddəs Kitab Tədqiqatçıları yeni adı nə zaman qəbul etdilər və buna necə yanaşıldı? (Məqalənin əvvəlindəki şəklə bax.) b) İndi hansı sualları müzakirə edəcəyik?
1 Tim. 1:17; Çıx. 3:15; Vaiz 2:16 ayəsi ilə müqayisə et.) Müqəddəs Kitab Tədqiqatçıları 1931-ci ildə Yehovanın Şahidləri adını qəbul etdilər. Bununla bağlı «Gözətçi qülləsi» jurnalında çoxlu minnətdarlıq məktubu dərc edilmişdi. Kanadadakı yığıncaqlardan biri yazmışdı: «“Yehovanın şahidləri” olmaq sevindirici xəbərdir, bu, bizi vəcdə gətirir və daşıdığımız yeni ada layiq olmaq qətiyyətimizi möhkəmləndirir».
3 «Adım əbədi olaraq budur. Qoy Məni nəsildən-nəslə belə xatırlasınlar», — sözlərini deyən «Əbədiyyət Padşahı» Yehovanın adını daşımaq necə də böyük şərəfdir! (4 Allahın adını daşımağın sənin üçün şərəf olduğunu necə göstərə bilərsən? Bəs Yehovanın bizi nəyə görə Öz Şahidləri adlandırdığını «Yeşaya» kitabından izah edə bilərsən?
ALLAHIN QƏDİMDƏKİ ŞAHİDLƏRİ
5, 6. a) İsrailli valideynlər hansı üsulla Yehovaya şahidlik edirdilər? b) İsrailli valideynlərə daha nə əmr edilmişdi və nə üçün bugünkü valideynlər də buna riayət etməlidirlər?
5 Yeşayanın günlərindəki israillilərin hər biri ayrı-ayrılıqda Yehovanın şahidi, bir xalq kimi isə, Allahın qulu idilər (Yeşaya 43:10). İsrailli valideynlərin şahidlik etmək üsullarından biri Allahın onların əcdadları üçün etdiyi işlər barədə öz uşaqlarına öyrətmək idi. Misal üçün, xalqa Pasxanı hər il keçirmək əmri veriləndə həmçinin deyilmişdi: «Övladlarınız sizdən “Bu ibadətin mənası sizin üçün nədir?” deyə soruşduqları zaman onlara söyləyin: “Bu, Misirliləri bəlaya saldığı zaman Misirdə İsrail övladlarının evləri yanından keçib xilas edən Rəbb üçün Pasxa qurbanıdır”» (Çıx. 12:26, 27). Valideynlər həmçinin uşaqlarına nəql edə bilərdilər ki, Musa peyğəmbər ilk dəfə fironun yanına gəlib israillilərin səhrada Yehovaya ibadət etmələri üçün ondan icazə istəyəndə o belə demişdi: «[Yehova] kimdir ki, Onun səsinə qulaq asıb İsrail övladlarını buraxım?» (Çıx. 5:2). Bununla yanaşı, onlar uşaqlarına danışa bilərdilər ki, ölkəni viran edən On bəladan və israillilər Qırmızı dənizdə Misir ordusunun əlindən qurtulandan sonra fironun sualının cavabı, yəni Yehovanın həmişə Külli-İxtiyar Allah olduğu hamıya aydın oldu. İsraillilər də Yehovanın həqiqi və vədlərini yerinə yetirən Allah olduğunun canlı şahidi oldular.
6 Şübhə yoxdur ki, Yehovanın adını daşımağı şərəf sanan israillilər bu möcüzələri nəinki övladlarına, evlərindəki yadelli qullarına da danışırdılar. Valideynlərə həmçinin uşaqlarına Allahın müqəddəslik normalarını öyrətmək əmri də verilmişdi. Yehova demişdi: «Müqəddəs olun, çünki Mən Allahınız Rəbb müqəddəsəm» (Lev. 19:2; Qanun. t. 6:6, 7). Bu, müasir məsihçi valideynlər üçün necə də gözəl nümunədir! Onlar da övladlarına müqəddəslik yolu ilə yeriməyi öyrətməli və Allahın uca adını izzətləndirməyə kömək etməlidirlər. (Süleymanın məsəlləri 1:8; Efeslilərə 6:4 ayələrini oxu.)
7. a) İsraillilər Yehovaya sadiq qalanda bu ətraf xalqlara necə təsir edirdi? b) Allahın adını daşıyan hər kəsin üzərində hansı məsuliyyət var?
7 Deməli, sadiq qaldıqları müddətdə israillilər Allahın adına yaxşı şahidlik verirdilər. Onlara deyilmişdi: «Yer üzərindəki bütün xalqlar Rəbbə məxsus olduğunuzu görüb sizdən qorxacaq» (Qanun. t. 28:10). Amma təəssüf hissi ilə deyə bilərik ki, İsrail tarixi daha çox sədaqətsizliklə yadda qalıb. Onlar dönə-dönə bütlərə ibadətə qayıdırdılar. Hələ bu azmış kimi, allahlarına ibadət etdikləri kənanlılar kimi davranır, vəhşilik törədir, övladlarını bütlərə qurban verir, kasıblara zülm edirdilər. Bu, adını daşıdığımız ən Müqəddəs Olana bənzəyib həmişə müqəddəs olmağımız üçün necə də ibrətamiz dərsdir!
«BUDUR, MƏN TƏZƏ BİR ŞEY EDİRƏM»
8. Yehova Yeşayaya hansı tapşırığı vermişdi və o, buna necə yanaşmışdı?
8 Yehova qabaqcadan demişdi ki, israillilər möcüzəvi şəkildə əsirlikdən qurtulmağın şahidi olacaqlar (Yeşaya 43:19). «Yeşaya» kitabının ilk altı fəslində Yerusəlimin və ətraf şəhərlərin üzərinə gələcək bəlalar haqda ətraflı bəhs edilir. Ürəkləri yaxşı görən Yehova Yeşaya peyğəmbərə demişdi ki, hətta sərt müqavimətlə üzləşsə belə, bu xəbərdarlıqları bəyan etməyi dayandırmasın. Yeşaya dəhşətə gəlmişdi, axı, bu xalq nə vaxtadək dikbaşlıq edəcək? Allah Özü cavab verir: «Şəhərlər xarabalıqlara dönüb kimsəsiz, evlər adamsız, bu torpaq büsbütün viranə qalanadək». (Yeşaya 6:8—11 ayələrini oxu.)
9. a) Yeşayanın Yerusəlim barədə peyğəmbərliyi nə zaman yerinə yetdi? b) Dünyada baş verən hansı hadisələr bizdən oyaq qalmağı tələb edir?
9 Yeşaya bu tapşırığı Uzziya padşahın hakimiyyətinin sonuncu ilində, yəni eramızdan əvvəl təxminən 778-ci ildə almışdı. O, Xizqiyanın padşahlıq müddətinin müəyyən qismi də daxil olmaqla, eramızdan əvvəl 732-ci ilə kimi təxminən 46 il peyğəmbərlik etmişdi. Bu tarix eramızdan əvvəl 607-ci ildə Yerusəlimin məhv edilməsindən 125 il əvvələ düşür. Deməli, başlarına nə gələcəyi Allahın xalqına qabaqcadan aydın şəkildə deyilmişdi. Bu gün də Yehova xalqını gələcəkdə baş verəcək hadisələrdən Vəhy 20:1—3, 6).
xəbərdar edir. İlk sayından bu yana 135 ildir ki, «Gözətçi qülləsi» jurnalı tezliklə Şeytanın pis sisteminin sonunun gələcəyi və dərhal ardınca İsa Məsihin Minillik Hökmranlığının başlayacağı barədə xəbərdar etməklə oxucularını oyaq qalmağa səsləyir (10, 11. İsraillilər Yeşayanın hansı peyğəmbərliyinin yerinə yetməsinin şahidi oldular?
10 Babillilərə təslim olan itaətkar yəhudilərin əksəriyyəti Yerusəlimin məhvindən sağ çıxdı və Babilə əsir aparıldı (Yer. 27:11, 12). «Sizi Satınalan, İsrailin Müqəddəsi, Rəbb belə deyir: “Sizin xatirinizə Babilə ordu göndərəcəyəm. Onların hamısını qaçqın edəcəyəm”» peyğəmbərliyi isə 70 ildən sonra Allahın xalqının gözü önündə heyrətamiz şəkildə yerinə yetdi (Yeşaya 43:14).
11 Bu peyğəmbərlik eramızdan əvvəl 539-cu ilin oktyabr ayının əvvəlində bir gecədə baş verən və bütün dünyanı sarsıdan bir hadisə ilə həyata keçdi. Babil padşahı Yerusəlim məbədindən götürülmüş qızıl qablarda öz allahlarının şərəfinə zadəganları ilə birgə şərab içərkən Midiya və Fars ordusu Babili ələ keçirdi. Babili ələ keçirən Kir eramızdan əvvəl 538 və ya 537-ci ildə fərman verdi ki, yəhudilər vətənə qayıtsın və Yerusəlimdə Allahın məbədini bərpa etsin. Yehovanın tövbə etmiş xalqı Yerusəlimə qaytarmaqla qeydinə qalacağına və müdafiə edəcəyinə dair verdiyi vəd də daxil olmaqla, bütün bu hadisələri Yeşaya nöqtəsinə kimi peyğəmbərlik etmişdi. Allah onlar haqda demişdi: «Bu xalqı Mən Özüm üçün yaratdım ki, Mənə həmdlər söyləsin» (Yeşaya 43:21; 44:26—28). Bəli, Yerusəlimə qayıdıb məbədi bərpa edən bu xalq Yehovanın sözünün ağası olan yeganə həqiqi Allah olduğunun şahidi oldu.
12, 13. a) Bərpa edilmiş ibadətdə israillilərə kimlər qoşuldu? b) «Allahın [İsrailini]» dəstəkləyən «başqa [qoyunlardan]» nə gözlənilir və onların hansı ümidi var?
12 Yenidən təşkil edilmiş bu xalqa həm o vaxt, həm də sonralar minlərlə qeyri-yəhudi qoşularaq yəhudi prozeliti oldu (Ezra 2:58, 64, 65; Est. 8:17). Bu gün İsanın «başqa [qoyunlarından]» ibarət «böyük bir izdiham» «Allahın [İsrailini]» təşkil edən məsh olunmuş məsihçiləri sədaqətlə dəstəkləyirlər (Vəhy 7:9, 10; Yəh. 10:16; Qalat. 6:16). Böyük izdiham da Allahın verdiyi adı — Yehovanın Şahidləri adını daşıyır.
13 Böyük izdihamın üzvləri Məsihin Minillik Hökmranlığı zamanı dirildiləcək kəslərə axır günlərdə Yehovanın Şahidi kimi yaşamağın nə demək olduğu haqda böyük sevinclə danışacaqlar. 1 Yəhya 1:8, 9 ayələrini oxu.)
Ancaq bu, yalnız daşıdığımız adı doğrultduğumuz və müqəddəs qalmağa çalışdığımız təqdirdə mümkün olacaq. Bundan savayı, müqəddəs qalmaq üçün əlimizdən gələni etsək də, bağışlanmaq üçün hər gün dua etməliyik, çünki biz günahlı olduğumuz halda Allahın müqəddəs adını daşımaq şərəfinə layiq görülmüşük. (ALLAHIN ADININ MƏNASI
14. «Yehova» adının mənası nədir?
14 Allahın adını daşımağın nə dərəcədə şərəfli olduğunu dərk etmək üçün bu adın mənası üzərində düşünməliyik. Adətən, «Yehova» kimi tərcümə edilən Allahın adı hərəkət bildirən ibrani felidir və «olmaq» kimi tərcümə edilir. Belə ki, Yehova adı «olmasına səbəb Olan» mənasında başa düşülür. Bu izahat Yehovanın həm kainatın və şüurlu varlıqların Yaradanı, həm də niyyətlərini həyata keçirən mövqeyinə tam uyğun gəlir. Hadisələr cərəyan etdikcə O, iradəsini yerinə yetirməyə davam edir. Və Şeytan kimi düşmənlərin maneə olmağa çalışmasından asılı olmayaraq, niyyətini həyata keçirir.
15. Adının mənasını izah etməklə Yehova Öz şəxsiyyətinin bir cəhətini necə açıqladı? (« Dərin mənalı ad» adlı çərçivəyə bax.)
15 Yehova xalqını Misirdən çıxarması üçün Musaya tapşırıq verəndə ilk dəfə ona adının mənasını eyniköklü fellə izah etməklə Öz şəxsiyyətinin bir cəhətini açıqlamışdı. Müqəddəs Kitabda deyilir: «Allah Musaya dedi: “İstədiyim Kəs Olacağam” və əlavə etdi: “İsraillilərə belə deyərsən: “Məni sizin yanınıza Olacağam göndərib”» (Çıx. 3:14; Yeni Dünya tərcüməsi). Deməli, Yehova Öz niyyətini yerinə yetirmək üçün istənilən şəraitdə lazım olan şəxs ola bilər. O, köləlikdə olan israillilərə Xilaskar, Rəhbər, müdafiə edən və onların maddi və ruhani ehtiyaclarının qeydinə qalan Allah olduğunu sübut etdi.
MİNNƏTDARLIĞIMIZI GÖSTƏRƏK
16, 17. a) Allahın adını daşımaq şərəfinə görə minnətdarlığımızı necə göstərə bilərik? b) Növbəti məqalədə nəyi müzakirə edəcəyik?
16 Bu gün də Yehova ruhani və maddi tələbatlarımızı ödəməklə adının mənasını doğrultmağa davam edir. Bununla belə, Allahın adının mənası istədiyi Kəs olmaqla kifayətlənmir. Bu, həmçinin Şahidlərinin Onun niyyətini yerinə yetirmək üçün gördükləri işin həyata keçməsinə səbəb olmağı da bildirir. Bunun üzərində düşünmək Onun adına uyğun yaşamaq qətiyyətimizi artırır. Ötən 70 il ərzində Norveçdə canla-başla şahidlik etmiş 84 yaşlı Kore qardaş deyir: «Əbədiyyət Padşahı Yehovaya xidmət etmək və Onun müqəddəs adını daşıyan bir xalqın arasında olmaq mənim üçün böyük şərəfdir. Müqəddəs Kitab həqiqətini izah etməkdən və insanların gözündə sevinc və bilikdən doğan işıltını görməkdən böyük bəxtəvərlik ola bilməz! İnsanlara Məsihin fidyə qurbanlığı sayəsində sülh və salehliklə dolu yeni dünyada əbədi yaşaya biləcəklərini öyrədəndə qəlbim fərəhlə dolur».
17 Ümumi götürdükdə, bəzi ərazilərdə Allah haqda öyrənmək istəyən insanları tapmaq samanlıqda iynə axtarmaq qədər çətindir. Ancaq hər şeyə rəğmən, məgər bizim də, Kore qardaş kimi, həqiqətə hay verən insanları tapanda və onlara Allahın adı barədə öyrədəndə sevincimiz aşıb-daşmır? Bəs biz Yehovanın Şahidi olmaqla yanaşı, İsanın da şahidi necə ola bilərik? Növbəti məqalədə elə bu sual araşdırılacaq.