İsa Məsih kimi təvazökar və şəfqətli olun
«Məsih də sizin uğrunuzda əzab çəkdi və sizə nümunə qoydu ki,onun izi ilə gedəsiniz» (1 BUT. 2:21).
1. Nəyə görə İsa Məsihə oxşamağa çalışsaq, Yehova Allaha daha da yaxınlaşacağıq?
İNSANLAR, adətən, heyran olduqları adamların xasiyyət və davranışını təqlid etməyə çalışırlar. Yer üzündə İsa Məsih qədər təqlid edilməyə layiq ikinci bir şəxsiyyət yoxdur. Nəyə görə belə qənaətə gəlmək olar? Çünki İsa özü demişdi: «Məni görən Atanı da görüb» (Yəh. 14:9). İsa Atasının xüsusiyyətlərini mükəmməl şəkildə əks etdirirdi, ona görə də biz Oğulu tanıyanda, sanki, Atanı görmüş oluruq. Deməli, biz İsa Məsihə oxşamağa çalışanda Kainatda ən qüdrətli Varlıq olan Yehova Allaha daha da yaxınlaşırıq. Allahın Oğlunun xasiyyət və davranışını təqlid etməyin mükafatı, doğrudan da, böyükdür!
2, 3. a) Nəyə görə Yehova Allah İsa Məsih barədə geniş məlumat vermişdir və O, bizdən nə gözləyir? b) Bu və növbəti məqalədə nəyi nəzərdən keçirəcəyik?
2 Bəs İsanı yaxından necə tanıya bilərik? Yehova Allah Öz Kəlamında, «İncil» kitabında İsa Məsih barədə geniş məlumat vermişdir. O istəyir ki, biz Onun Oğlunu 1 Butrus 2:21 ayəsini oxuyun.) Müqəddəs Kitabda İsanın qoyduğu nümunə ayaq izləri ilə müqayisə olunur. Sanki, Yehova bizə deyir ki, İsanın ardınca gedək və addımlarımızı onunkuna uyğunlaşdıraq. İsa Məsih bizim üçün mükəmməl nümunə qoyub. Ancaq Yehova kamillikdən uzaq olan bizlərdən tam şəkildə İsa kimi olmağı gözləmir. Səmavi Atamız istəyir ki, qeyri-kamil bəndələri bacardıqları qədər İsaya oxşamağa çalışsınlar.
yaxşı tanıyaq və onu təqlid edək. (3 Gəlin İsanın bir neçə gözəl xüsusiyyətini nəzərdən keçirək. Bu məqalədə biz onun təvazökarlığı və şəfqəti, növbəti məqalədə isə cəsarəti və bəsirəti barədə danışacağıq. Hər xüsusiyyətlə bağlı üç sualı araşdıracağıq: bu xüsusiyyət özünə nəyi daxil edir? Məsih bu xüsusiyyəti necə göstərib? Biz İsaya necə bənzəyə bilərik?
İSA MƏSİH TƏVAZÖKARDIR
4. Təvazökarlıq deyəndə nə başa düşünürsünüz?
4 Təvazökarlıq nədir? Bu təkəbbürlü dünyada çoxları təvazökarlığa zəiflik və ya qorxaqlıq kimi baxır. Amma əslində belə deyil. Təvazökarlıq göstərmək üçün gərək insanda mənəvi güc və cəsarət olsun. Bir kitabda deyilir ki, təvazökarlıq «qürurun və təkəbbürün tam əksidir». Təvazökarlıq insanın özü haqda hansı fikirdə olmasından başlayır. Müqəddəs Kitab üzrə bir lüğətdə deyilir: «Təvazökarlıq insanın Allah qarşısında nə qədər cılız olduğunu dərk etməsidir». Əgər biz Allahın önündə həqiqətən də özümüzü aşağı tuturuqsa, onda insanlardan da özümüzü üstün hesab etməyəcəyik (Rom. 12:3; Filip. 2:3). Düzdür, qeyri-kamil insanın təvazökarlığı öyrənməsi elə də asan deyil. Ancaq Allahın önündəki vəziyyətimiz barədə düşünsək və İsa Məsihin izləri ilə getsək, onda bu, bizdə alınacaq.
5, 6. a) Baş mələk Mikayıl kimdir? b) Mikayıl təvazökarlığı necə göstərdi?
5 Bəs İsa təvazökarlığı necə təzahür etdirirdi? O, həm göydə qüdrətli ruhani varlıq kimi, həm də yerdə kamil insan kimi yaşayanda təvazökarlıq göstərirdi. Gəlin bir neçə nümunəni nəzərdən keçirək.
6 Əhval-ruhiyyəsi ilə. Müqəddəs Kitabı yazanlardan biri olan Yəhuda İsa Məsih göydə yaşayarkən baş vermiş bir hadisəni qələmə almışdı. (Yəhuda 9 ayəsini oxuyun.) İsa baş mələk Mikayıl olanda şər varlıq İblislə mübahisə etmişdi. Mübahisə «Musanın cəsədi» üstündə düşmüşdü. Bildiyimiz kimi, Musa öləndə Yehova onu naməlum yerdə dəfn etmişdi (Qan. 34:5, 6). Yəqin İblis insanları yalan ibadətə çəkmək üçün Musanın cəsədindən istifadə etmək istəyirdi. İblisin niyyəti hər nə olsa da, Mikayıl cəsarətlə ona qarşı çıxdı. Bir elmi əsərdə deyilir ki, «mübahisə etmək» kimi tərcümə edilən yunan sözü «hüquqi zəmində yaranan mübahisələrə aid də işlənilir» və göstərir ki, «Mikayıl İblisin Musanın bədənini götürmək hüququnu təkzib edirdi». Bununla belə, baş mələk başa düşürdü ki, hökm çıxarmağa onun səlahiyyəti çatmır. O, bu işi Ali Hakim Yehovanın öhdəsinə buraxmışdı. Beləliklə, Mikayıl təhrikedici vəziyyət qarşısında da öz səlahiyyətlərini aşmadı. Bu, əsil təvazökarlıqdır!
7. İsa Məsih sözləri və hərəkətləri ilə təvazökar olduğunu necə göstərirdi?
Mark 10:17, 18; Yəh. 7:16). O, heç vaxt şagirdləri ilə yekəxana-yekəxana danışmır, onları alçaltmırdı. Əksinə, onların ləyaqətinə hörmət edirdi, onlarda gördüyü yaxşı cəhətləri tərifləyir və onlara etibar etdiyini deyirdi (Luka 22:31, 32; Yəh. 1:47). Hərəkətləri ilə. İsa dünya malından uzaq, sadə həyat sürürdü (Mət. 8:20). O, ən aşağı hesab edilən işi belə görməyə çəkinmirdi (Yəh. 13:3—15). O, öz itaətkarlığı ilə mükəmməl şəkildə təvazökarlıq göstərmişdi. (Filippililərə 2:5—8 ayələrini oxuyun.) İtaətkarlığa xor baxan təkəbbürlü insanlardan fərqli olaraq, İsa Allahın iradəsinə boyun əydi və «ölənədək itaətkar qaldı». Məgər bu, İsa Məsihin qəlbən təvazökar olduğunu göstərmir? (Mət. 11:29).
7 Yer üzündə xidməti zamanı sözləri və hərəkətləri İsanın əsil təvazökar insan olduğunu göstərirdi. Sözləri ilə. O, heç vaxt diqqəti özünə çəkmirdi. Bütün şərəfi Atasına verirdi (İSA KİMİ TƏVAZÖKAR OLUN
8, 9. Biz təvazökarlığı necə göstərə bilərik?
8 Biz İsa kimi təvazökar necə ola bilərik? Əhval-ruhiyyəmizlə. Təvazökar insan ixtiyarı çatmayan şeyi etmir. Əgər bizə mühakimə etmək ixtiyarı verilmədiyini başa düşürüksə, onda heç kimi səhvlərinə görə tənqid etməyəcəyik və heç kimin niyyətini pisə yozmayacağıq (Luka 6:37; Yaq. 4:12). Təvazökarlıq qoymaz ki, biz «həddən artıq saleh» olaq və bizim kimi bacarıq yaxud imtiyazları olmayan adamlara yuxarıdan aşağı baxaq (Vaiz 7:16). Təvazökar ağsaqqallar özlərini həmimanlılarından üstün tutmayacaqlar. Əksinə, başqalarını özlərindən üstün sayacaq və kiçik kimi davranacaqlar (Filip. 2:3; Luka 9:48).
9 Gəlin Volter Torn qardaşın nümunəsinə nəzər salaq. O, 1894-cü ildən başlayaraq uzun illər ərzində səyyah, yəni səyyar nəzarətçi kimi xidmət etmişdi. Sonra onu təşkilatın Nyu-Yorkun şimalında yerləşən fermasında işləməyə dəvət etmişdilər. O, orada toyuq fermasında işləyirdi. Qardaş deyirdi: «Elə ki, başlayırdım özüm haqqında yüksək fikirdə olmağa, özümü, sanki, bir küncə sıxıb deyirdim: “Sən toz zərrəciyisən. Nəyinlə öyünürsən?”» (Əşiya 40:12—15 ayələrini oxuyun.) Əhsən bu cür təvazökarlığa!
10. Sözlərimiz və hərəkətlərimizlə təvazökar olduğumuzu necə göstərə bilərik?
10 Sözlərimizlə. Əgər biz sözün əsil mənasında qəlbən təvazökarıqsa, bu, özünü sözlərimizdə də büruzə verəcək (Luka 6:45). Başqaları ilə söhbət edəndə diqqəti öz nailiyyətlərimizə və imtiyazlarımıza yönəltməyəcəyik (Məs. 27:2). Əksinə, bacı-qardaşlarımızın yaxşı cəhətlərini görməyə çalışacaq, gözəl xüsusiyyətlərinə, bacarıqlarına və nailiyyətlərinə görə onları tərifləyəcəyik (Məs. 15:23). Hərəkətlərimizlə. Təvazökar məsihilər bu dünyada ad-san qazanmağa can atmırlar. Onlar sadə həyat sürür, hətta ən aşağı hesab olunan işləri görürlər ki, təki Yehovaya daha çox xidmət etsinlər (1 Tim. 6:6, 8). Ən əsası, biz itaətkar olmaqla təvazökarlıq göstərə bilərik. Yığıncaqda «rəhbərlik edənlərə itaət» etmək, Yehovanın təşkilatının verdiyi göstərişləri qəbul etmək üçün əqlən təvazökar olmaq tələb olunur (İbr. 13:17).
İSA MƏSİH ŞƏFQƏTLİDİR
11. Şəfqət nə deməkdir?
11 Şəfqət məhəbbətin bir yönüdür və mərhəmət hissinə yaxındır. Müqəddəs Kitabda göstərilir ki, Yehova Allah və İsa Məsih böyük məhəbbət və mərhəmət sahibidir (Luka 1:78; 2 Kor. 1:3; Filip. 1:8). Müqəddəs Kitab bizi şəfqətli olmağa çağırır. Bir elmi əsərdə bu barədə belə deyilir: «Bu, sadəcə olaraq dara düşən adamın halına acımaq çağırışı deyil. Bu, canıyananlıq göstərib hərəkətə keçmək, başqalarını dirçəltmək, onlara yeni nəfəs vermək çağırışıdır». Bəli, şəfqət insanı hərəkətə təşviq edən qüvvədir. Şəfqətli insan başqalarının dadına çatır.
12. İsanın insanlara şəfqətlə yanaşdığını nə göstərir və şəfqət onu nəyə təşviq edirdi?
12 Bəs İsa Məsih şəfqətli olduğunu necə göstərmişdi? Hissləri və hərəkətləri ilə. İsada insanlara qarşı güclü şəfqət hissi var idi. Məryəmin və yanındakıların Lazarın ölümünə görə ağladığını görəndə İsa da ağlamışdı. (Yəhya 11:32—35 ayələrini oxuyun.) Sonra şəfqət hissindən irəli gələrək Lazarı diriltmişdi. Vaxtilə İsa dul qadına da acımış, onun oğlunu diriltmişdi (Luka 7:11—15; Yəh. 11:38—44). İsanın şəfqəti, çox ehtimal ki, Lazarın qarşısında göydə yaşamaq imkanı açdı. Bu hadisədən bir qədər əvvəl İsanın camaata yazığı gəlmiş və «onlara çox şey öyrətməyə» başlamışdı (Mark 6:34). Sözsüz ki, İsanın təlimlərini qəbul edən hər kəsin həyatına məna qatılmışdı! Diqqət yetirin ki, İsanın şəfqəti yalnız hiss deyildi, bu, onu insanların hayına yetməyə təşviq edirdi (Mət. 15:32—38; 20:29—34; Mark 1:40—42).
13. İsanın sözlərindən onun şəfqətli olduğu necə görünürdü? (Məqalənin əvvəlindəki şəklə baxın.)
13 Sözləri ilə. İsanın ürəyindəki şəfqət onu sözlərilə insanların, xüsusilə də zülm çəkənlərin acısını yüngülləşdirməyə təşviq edirdi. Həvari Mətta Əşiya peyğəmbərin növbəti sözlərini İsaya aid etmişdi: «Əzilmiş qamışı sındırmayacaq, közərən piltəni söndürməyəcək» (Əşy. 42:3; Mət. 12:20). İsa elə danışırdı ki, sınmış qamışa, sönmək üzrə olan çırağın piltəsinə bənzəyən adamların ruhunu təzələyirdi. O, qəlbisınıqlara ümid xəbərini təbliğ edirdi (Əşy. 61:1). Zəhmətkeşləri və yükü ağır olanları yanına gəlməyə dəvət edir, onları təravətlənəcəklərinə arxayın edirdi (Mət. 11:28—30). İsa şagirdlərini əmin edirdi ki, Allah bütün xidmətçilərinin, hətta kiçiklərin, yəni bu dünyada dəyərsiz hesab olunan bəndələrinin də qeydinə qalır (Mət. 18:12—14; Luka 12:6, 7).
İSA KİMİ ŞƏFQƏTLİ OLUN
14. Biz özümüzdə şəfqət hissini necə yarada bilərik?
14 Biz İsa kimi şəfqətli necə ola bilərik? Hisslərimizlə. Ola bilsin, şəfqət hissi bizim təbiətimizə yaddır, ancaq Müqəddəs Kitab bizi bu hissi yetişdirməyə təşviq edir. Bütün məsihilərdən yeni şəxsiyyətin bir hissəsi olan daxildən gələn şəfqətə bürünmək tələb olunur. (Koloslulara 3:9, 10, 12 ayələrini oxuyun.) İnsan bu hissi özündə necə yarada bilər? Ürəyini geniş açmaqla (2 Kor. 6:11—13). Kimsə öz hisslərini sizinlə bölüşəndə, dərdini sizə danışanda ona diqqətlə qulaq asın (Yaq. 1:19). Özünüzdən soruşun: «Mən onun vəziyyətinə düşsəydim, hansı hissləri keçirərdim? Nəyə ehtiyac duyardım?» (1 But. 3:8).
15. Sınmış qamışa, közərən piltəyə bənzəyən insanlara necə kömək edə bilərik?
Romalılara 12:15 ayəsində deyilir: «Ağlayanlarla ağlayın». Dərdli adamların ən çox ehtiyac duyduğu şey onların dərdinə şərik olmaqdır. Qızını itirən bir anaya bacı-qardaşlar dayaq olub təsəlli vermişdilər. O deyir: «Dostlarımın yanımda olması, mənimlə birgə ağlaması mənim üçün böyük təsəlli idi». Biz xeyirxah əməllərimizlə də insanlara şəfqət göstərə bilərik. Məsələn, bəlkə, hansısa dul bacının evində təmir işi görmək lazımdır. Hansısa yaşlı məsihini yığıncağa, xidmətə, yaxud həkimə aparmaq lazımdır. Hətta etdiyimiz ən kiçik yaxşılığın belə darda olan həmimanlımıza böyük köməyi dəyə bilər (1 Yəh. 3:17, 18). Ən əsası, biz insanlara şəfqəti canla-başla təbliğ etməklə göstəririk. Allahı axtaran insanlara bundan böyük yaxşılıq edə bilmərik!
15 Hərəkətlərimizlə. Şəfqət bizi təşviq edəcək ki, insanların, xüsusən də sınmış qamışa, közərən piltəyə bənzəyən kəslərin dadına çataq. Bəs bunu necə edə bilərik?16. Sözlərimizlə qəmginləri necə ruhlandıra bilərik?
16 Sözlərimizlə. Şəfqət bizi qəmginlərə təskinlik verməyə təşviq edir (1 Salon. 5:14). Biz sözlərimizlə bu cür insanları necə ruhlandıra bilərik? Onların qeydinə qaldığımızı, onlara görə narahat olduğumuzu əks etdirən sözlər deyib ovqatlarını qaldıra bilərik. Səmimi tərif sözlərimizlə onlara öz yaxşı cəhətlərini və bacarıqlarını görməyə kömək edə bilərik. Deyə bilərik ki, əgər Yehova onları İsa Məsihin davamçısı olmaq şərəfinə layiq görübsə, deməli onlar Yehovanın gözündə çox dəyərlidirlər (Yəh. 6:44). Biz onları əmin edə bilərik ki, Yehova qəlbisınıq, pərişan xidmətçilərini bir an belə unutmur (Zəb. 34:18). Xoş sözlər təsəlliyə ehtiyacı olan kəslər üçün əsil məlhəmdir (Məs. 16:24).
17, 18. a) Ağsaqqallar yığıncaq üzvləri ilə necə rəftar etməlidir? b) Növbəti məqalədə nəyi araşdıracağıq?
17 Ağsaqqallar, Yehova Allah istəyir ki, siz yığıncağın üzvlərinə şəfqətlə yanaşasınız (Həv. 20:28, 29). Unutmayın, sizin üzərinizə bacı-qardaşları ruhən bəsləmək, ruhlandırmaq və təravətləndirmək məsuliyyəti düşür (Əşy. 32:1, 2; 1 But. 5:2—4). Buna görə də şəfqətli ağsaqqal yığıncağın üzvlərinə ağalıq etməyəcək, özündən qayda-qanun çıxartmayacaq, xidmətini genişləndirməyə şəraiti yol verməyən həmimanlılarının vicdanına təsir edib onlara təzyiq göstərməyəcək. Əksinə, onlara qol-qanad verəcək və onların Yehovaya məhəbbətdən irəli gələrək əllərindən gələn qədər xidmət edəcəklərinə şübhə etməyəcək (Mət. 22:37).
18 İsanın təvazökarlığı və şəfqəti barədə düşündükcə biz də onun kimi olmaq istəyirik. Növbəti məqalədə biz İsanın daha iki gözəl xüsusiyyəti — cəsarəti və bəsirəti barədə danışacağıq.