Kontentə keç

Mündəricatı göstər

ÜZ QABIĞINDA: MUSA PEYĞƏMBƏRDƏN İBRƏT GÖTÜRƏK

Musa peyğəmbər kim olub?

Musa peyğəmbər kim olub?

Musanın adı gələndə xəyalınızda kim canlanır?

  • Anasının səbətə qoyub, Nil çayında gizlətdiyi körpə oğlan uşağı?

  • Firon qızının Misirin cah-calalı içində böyütdüyü, lakin heç vaxt israilli olduğunu unutmayan gənc?

  • 40 il Midyanda yaşayıb, çobanlıq edən bir kişi?

  • Dəfələrlə Misir padşahının hüzuruna gələrək israilliləri köləlikdən azad etməsini tələb edən mərd insan?

  • Xudavəndin əmri ilə dikbaş fironu Misirin üzərinə gələcək on bəladan xəbərdar edən elçi?

  • İsrailliləri Misirdən təmtəraqla çıxaran şəxs?

  • Külli-ixtiyarın buyruğu ilə Qırmızı dənizi aralayan adam?

  • Allahın on əmrini israillilərə çatdıran peyğəmbər?

BÜTÜN bunlar Musa peyğəmbərin həyatında baş verən hadisələrdən yalnız bir neçəsidir. Ona görə də Allahın bu sadiq bəndəsinə müsəlmanların, xristianların və yəhudilərin dərin ehtiram bəsləməsi təəccüblü deyil!

Şəksiz, Musa «böyük və zəhmli» əməlləri olan peyğəmbər olub (Qanunun təkrarı 34:10—12). Allah onun üzərində tam ixtiyar sahibi idi və onun vasitəsilə Öz möcüzəli işlərini həyat keçirirdi. Halbuki Musa peyğəmbər başqa peyğəmbərlər kimi adi bir insan idi (Yaqub 5:17). Bizim kimi, Musa da həyatda çoxlu çətinliklərlə qarşılaşırdı, amma o, bunların öhdəsindən məharətlə gəldi.

Bunu necə etdiyini bilmək istəyərdinizmi? Gəlin Musa peyğəmbərin təzahür etdirdiyi üç xüsusiyyətə nəzər salaq və görək onun nümunəsindən hansı ibrət dərsi götürə bilərik.

^ abz. 7 «Yehova» Allahın Müqəddəs Kitabda açıqlanan adıdır.