Müqəddəs Kitabın cavabı
Əzablar Allahdandır?
Siz nə deyərdiniz?
Hə
Yox
Yəqin
Müqəddəs Kitabda deyilir:
«Allah qətiyyən pislik etməz, Qüdrət Sahibi haqsızlıq etməz!» (Əyyub 34:10). Bu dünyada baş verən bəlaların səbəbkarı heç vaxt Allah olmayıb.
Müqəddəs Kitabda daha nə deyilir?
Başımıza gələn bəlaların əsas səbəbkarı «bu dünyanın hökmdarı» adlanan Şeytan İblisdir (Yəhya 14:30).
İztirab və bədbəxtliklərin digər səbəbi isə verdiyimiz yanlış qərarlardır (Yaqub 1:14, 15).
Əzab-əziyyətlər nə vaxtsa bitəcək?
Bəziləri düşünür ki, hamı əl-ələ verib çalışsa, problemlər aradan qalxar. Digərlərinin fikrincə isə, dünya düzələn deyil. Bəs bu haqda siz nə düşünürsünüz?
Müqəddəs Kitabda deyilir: Allah-Taala bütün əzab-əziyyətə son qoyacaq. «Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq» (Vəhy 21:3, 4).
Müqəddəs Kitabda daha nə deyilir?
Küllü-İxtiyar Allah İsa peyğəmbərin vasitəsilə Şeytanın bu dünyaya vurduğu zərəri tamamilə aradan qaldıracaq (1 Yəhya 3:8).
Dünya Cənnətə çevriləndə Allahın əməlisaleh bəndələri əbədi, şad-xürrəm yaşayacaq (Zəbur 37:9—11, 29).