ÜZ QABIĞINDAKI MÖVZU | MÜQƏDDƏS KİTABI OXUMAĞIN HANSI FAYDASI VAR?
Allahın Kəlamının sizə faydası
Müqəddəs Kitab adi kitab deyil. Orada Yaradanın lətif kəlmələri yazılıb (2 Timutiyə 3:16). Bu kitabda yazılan ayələr insanın ürəyinin dərinliyinə nüfuz edir. Müqəddəs Kitabın bir ayəsində deyilir: «Allahın sözü canlı və qüdrətlidir» (İbranilərə 4:12). Bu kitab bizə həyatın ən vacib sahələrində kömək etməyə qadirdir: hər vaxt düzgün qərar qəbul etmək üçün bizə yol göstərir; Allah və Onun vədləri haqqında elm verir (1 Timutiyə 4:8; Yaqub 4:8).
Həyatımızı indidən yaxşılığa doğru dəyişir. Müqəddəs Kitabda hətta şəxsi məsələlərə aid hikmətli məsləhətlər var. Məsələn, aşağıdakı sahələrdə:
- İnsanlarla münasibətdə (
-
Emosional və fiziki sağlamlıq məsələlərində (Zəbur 37:8; Məsəllər 17:22).
-
Əxlaq məsələsində (1 Korinflilərə 6:9, 10).
-
Pul məsələsində (Məsəllər 10:4; 28:19; Efeslilərə 4:28) *.
Asiya qitəsindən olan bir cavan ailə Müqəddəs Kitabda yazılan məsləhətlərin xeyrini öz həyatında görüb. Hər bir yeni ailə quran cütlük kimi, onlar üçün də bir-birinə uyğunlaşmaq, açıq söhbət etmək əvvəl-əvvəl çətin idi. Ancaq sonra onlar Müqəddəs Kitabdan oxuduqlarına əməl etməyə başladılar. Bunun hansı xeyri oldu? Ailənin başçısı, Visent deyir: «Müqəddəs Kitabdan oxuduqlarım ailəmizdəki problemləri mehribançılıqla yoluna qoymağa kömək etdi. Allahın Kəlamında yazılanlara uyğun yaşadığımız üçün ailəmiz çox xoşbəxtdir». Onun həyat yoldaşı Analu da ərinin sözlərinə şərikdir: «Müqəddəs Kitabda adı çəkilən mömin insanların davranışı bizə çox kömək edib. İndi çox xoşbəxtəm və ailəmdən, qoyduğumuz məqsədlərimizdən razıyam».
Allahı yaxından tanımağa kömək edir. Visent Müqəddəs Kitabı oxumağın faydasını digər sahələrdə də görüb. O deyir: «Allahın Kəlamını oxumaq məni Yehova Allaha daha da yaxınlaşdırdı». Onun bu sözləri vacib bir məqamı vurğulayır: Müqəddəs Kitab sizə Allahı tanımağa kömək edəcək. Bu kitabı oxusanız, faydalı məsləhətlər əldə etməklə yanaşı, Allahı bir dost kimi daha yaxından tanıyacaqsınız. Görəcəksiniz ki, Müqəddəs Kitabda gözəl gələcək haqda bəhs olunur. Həmin vaxt biz «əsil həyat»ın nə demək olduğunu biləcək və əbədi yaşayacağıq (1 Timutiyə 6:19). Başqa heç bir kitabda bu vəd haqda danışılmır.
Əgər siz də Müqəddəs Kitabı oxumağa başlamısınızsa, davam edin. Bunun sayəsində siz də Allahı daha yaxından tanıyacaq və xoşbəxt olacaqsınız. Ancaq Müqəddəs Kitabı oxuduqca sizdə suallar yaranacaq. Onda 2000 il bundan əvvəl Allahın Kəlamında yazılmış həbəşistanlı məmurun hadisəsi üzərində düşünün. Onun Müqəddəs Kitabda yazılanlarla bağlı çoxlu sualı var idi. Filip adlı bir nəfər ondan oxuduqlarını başa düşüb-düşmədiyini soruşanda o, belə cavab vermişdi: «İzah edən olmasa, necə başa düşə bilərəm?» * Həbəşistanlı məmur Müqəddəs Kitabı yaxşı bilən Filipin köməyini qəbul etdi (Həvarilərin işləri 8:30, 31, 34). Siz də Allahın Kəlamını öyrənmək istəyirsinizsə, təklif edirik jw.org saytına daxil olub bununla bağlı istəyinizi göndərəsiniz və ya bu jurnalda gətirilən ünvanlardan birinə yazasınız. Bundan əlavə, siz Yehovanın Şahidləri ilə əlaqə saxlaya və ya onların ibadət evinə gedə bilərsiniz. Məsləhət görürük ki, elə günü bu gündən Müqəddəs Kitabı oxuyasınız və onun sizin həyatınızı yaxşılığa doğru dəyişdirməsinə yol verəsiniz.
Allahın Kəlamına etibarınızı artırmaq istəyirsinizsə, «Müqəddəs Kitabın doğruluğuna necə əmin ola bilərik?» adlı videoya baxın. Bu videonu tapmaq üçün jw.org saytına daxil olun və NƏŞRLƏR > VİDEO bölməsinə baxın
^ abz. 8 Müqəddəs Kitabda yazılan məsləhətlərlə bağlı daha çox məlumatı jw.org saytından əldə edə bilərsiniz. MÜQƏDDƏS YAZILARIN TƏLİMLƏRİ > MÜQƏDDƏS YAZILARA AİD SUALLARA CAVAB bölməsinə baxın.
^ abz. 11 Həmçinin bu jurnalın «Bu, sadəcə kiçik anlaşılmazlıqdır?» adlı məqaləsinə baxın.