İNDONEZİYA
Onun üçün ən vacibi ruhani xəzinə idi
Teo Senq Bi
-
DOĞUM TARİXİ: 1906
-
VƏFTİZ TARİXİ: 1937
-
QISA MƏLUMAT: İrqi zorakılığa sinə gərən sadiq ağsaqqal. (Nəql etdi qızı Teo So Nio.)
1963-cü ilin mayında Qərbi Yavada anti-Çin iğtişaşları baş qaldırdı. Ən çox zərər çəkən şəhər Sukabumi idi. Ailəmiz orada yükdaşıma biznesi ilə məşğul olurdu. Azğınlaşmış yüzlərlə insan, o cümlədən bəzi qonşularımız evimizə soxuldular. Qiyamçılar əmlakımızı darmadağın edib talayanda biz qorxudan bir-birimizə qısılmışdıq.
İzdiham çıxıb gedəndə bəzi qonşularımız təsəlli vermək üçün bizə gəldilər. Atam onlarla qonaq otağının döşəməsində əyləşdi. O, viran qalmış əşyalarımızın arasından sunda dilində olan böyük Müqəddəs Kitabını tapdı. Kitabı açıb qonşularımıza bu əzabların olacağı barədə qabaqcadan xəbər verildiyini göstərdi. Sonra isə Allahın verdiyi ümid barədə danışdı.
Atamın heç vaxt dünya malında gözü olmayıb. O, tez-tez bizə xatırladardı: «Ruhani işlər birinci yerdə olmalıdır!» Onun gözəl nümunəsi sayəsində anam, beş bacı-qardaşım, 90 yaşlı babam və çoxlu qohum-qonşumuz həqiqəti qəbul etdi.