Kontentə keç

Mündəricatı göstər

DƏRS 37

İşə və pula düzgün münasibət

İşə və pula düzgün münasibət

Nə vaxtsa işə və ya pula görə narahat olmusunuz? Bəzən həm maddi tələbatlarımızın qeydinə qalmaq, həm də Yehovaya buyurduğu kimi ibadət etmək çətin olur. Müqəddəs Kitabda bununla bağlı gözəl məsləhətlər var.

1. Müqəddəs Kitabda iş barədə nə deyilir?

Allah istəyir ki, iş bizə sevinc gətirsin. Müqəddəs Kitabda deyilir: «İnsan üçün... zəhmətindən zövq almaqdan yaxşı şey yoxdur» (Vaiz 2:24). Yehova zəhmətkeş Allahdır. Biz də, Yehova kimi, zəhmətkeş olanda Onun rəğbətini qazanırıq və məmnunluq duyuruq.

İşləmək vacibdir. Amma biz heç vaxt işi Yehovaya ibadətdən üstün tutmamalıyıq (Yəhya 6:27). Yehova vəd edir ki, Onu hər şeydən üstün tutsaq, O bizim ruzimizi yetirəcək.

2. Pula necə yanaşmalıyıq?

Müqəddəs Kitabda yazılıb ki, pul insanın sipəridir. Amma orada həmçinin deyilir ki, təkcə pulla xoşbəxt ola bilmərik (Vaiz 7:12). Buna görə də Allah bizə pulpərəst olmamağı, nəyimiz varsa ona qane olmağı məsləhət görür. (İbranilərə 13:5 ayəsini oxuyun.) Əgər biz nəyimiz varsa ona qane oluruqsa, daima nəyinsə çatışmadığını düşünüb, məyus olmuruq. Lazımsız yerə borca girmirik (Məsəllər 22:7). Bundan başqa, qumar oynamırıq, asan yollara əl ataraq tez varlanmaq sevdasına düşmürük. Beləcə, özümüzü bir çox bəladan qoruyuruq.

3. Pulumuzdan səxavətlə necə istifadə edə bilərik?

Yehova səxavətli Allahdır. Biz səxavətli olanda, əl tutmağa hazır olanda Onun kimi davrandığımızı göstəririk (1 Timutiyə 6:18). Biz pulumuzdan səxavətlə istifadə edib yığıncaq işlərini dəstəkləyə bilərik və ya köməyə ehtiyacı olanlara, xüsusən də dindaşlarımıza əl tuta bilərik. Yehova üçün ən vacibi nə qədər verməyimiz yox, hansı niyyətlə verməyimizdir. Biz ürəkdən verəndə həm özümüz sevinirik, həm də Yehovanın razılığını qazanırıq. (Həvarilərin işləri 20:35 ayəsini oxuyun.)

D Ə R İ N L İ Y Ə  V A R I N

Görün işə düzgün yanaşmağın və nəyimiz varsa ona qane olmağın hansı faydası var.

4. Gördüyünüz işlə Yehovanı şərəfləndirin

Yehova ilə olan dostluğumuz işə münasibətimizə də təsir etməlidir. VİDEOYA baxın və növbəti sualları müzakirə edin:

  • Ceysonun işə münasibətində və işdəki davranışında nə xoşunuza gəldi?

  • O, işin həyatında ön plana keçməməsi üçün nə edirdi?

Koloslulara 3:23, 24 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:

  • İşə münasibətimiz nəyə görə vacib məsələdir?

İşləmək vacibdir. Amma biz heç vaxt işi Yehovaya ibadətdən üstün tutmamalıyıq

5. Nəyimiz varsa ona qane olmağın faydaları

Bir çoxları düşünür ki, pul nə qədər çox olsa, o qədər yaxşıdır. Amma Müqəddəs Kitabda başqa məsləhət verilir. 1 Timutiyə 6:6—8 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:

  • Müqəddəs Kitab bizə hansı məsləhəti verir?

Hətta kasıb olsaq da, xoşbəxt ola bilərik. VİDEOYA baxın və növbəti sualı müzakirə edin:

  • Videodakı ailələr kasıb olsalar da, nəyə görə xoşbəxtdirlər?

Bəzən hər şeyimiz ola-ola yenə də artığını istəyirik. İsa Məsih bunun təhlükəli olduğuna dair bir məsəl çəkmişdi. Luka 12:15—21 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:

  • İsanın məsəlindən nə öyrəndiniz? (15-ci ayəyə baxın.)

Məsəllər 10:22 1 Timutiyə 6:10 ayələrini oxuyub müqayisə edin. Sonra növbəti sualları müzakirə edin:

  • Sizcə, nə daha vacibdir: Yehova ilə dost olmaq, yoxsa varlı olmaq? Nəyə görə belə düşünürsünüz?

  • Pul dalınca qaçmaq hansı problemlərə səbəb olur?

6. Yehova zəruri tələbatlarımızı ödəyəcək

İşlə və ya pulla bağlı çətinliklər yarananda Yehovaya nə qədər güvəndiyimiz bəlli olur. VİDEOYA baxın və görün bu cür iman sınaqla​rının öhdəsindən necə gələ bilərik. Sonra növbəti sualları müzakirə edin:

  • Qardaş hansı çətinliklə üzləşmişdi?

  • Bu çətinliyin öhdəsindən gəlmək üçün o nə etdi?

Mətta 6:25—34 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:

  • Yehova Onu hər şeydən üstün tutanlara nə vəd edir?

BƏZİ İNSANLAR DEYİR: «Hər həftə yığıncağa getsəm, ailəm ac qalar».

  • Hansı ayələr sizi əmin edir ki, Yehovaya ibadəti hər şeydən üstün tutmaq həmişə ən doğru qərardır?

İCMAL

İş və pul vacibdir, lakin onlar bizi ibadətdən yayındırmamalıdır.

Təkrar

  • İşə tarazlı yanaşmağa sizə nə kömək edə bilər?

  • Nəyiniz varsa ona qane olmağın hansı faydaları var?

  • Yehovanın ruzinizi yetirəcəyinə inandığınızı necə göstərə bilərsiniz?

Məqsəd

Ə L A V Ə  M Ə L U M A T

Müqəddəs Kitabda pulun pis şey olduğu deyilir?

«Pul hər cür pisliyin köküdür?» (internet məqaləsi)

Görün puldan necə istifadə etsək, Allah razı qalar.

«Müqəddəs Kitabda səxavət haqda nə deyilir?» (internet məqaləsi)

Görün bir qumarbazı və oğrunu həyatını dəyişməyə nə təşviq etdi.

«Yarış atlarını çox sevirdim» («Gözətçi qülləsi», 1 noyabr 2011)