Bu dərslərdən tam yararlanmaq üçün nə edə bilərsiniz?
Əvvəlcə bu və növbəti səhifədəki məlumatları nəzərdən keçirin. Sonra VİDEOYA baxın.
BİRİNCİ HİSSƏ
Hər dərsə hazırlaşarkən birinci hissəni oxuyun. Həmçinin qalın şriftlə yazılmış sualları (A), göstərilmiş ayələri (B) oxuyun. Ayələrdə əsas fikirlər vurğulanıb. Diqqət yetirin ki, bəzi ayələrin qarşısında «oxuyun» sözü yazılıb.
İKİNCİ HİSSƏ
Bu hissə «Dərinliyə varın» (C) adlanır. Bu ad ikinci hissə barədə təsəvvür yaradır. Buradakı yarımbaşlıqlarda (Ç) əsas fikirlər vurğulanır. Müəllimlə birgə ayələri oxuyun, suallara cavab verin və videolara baxın.
VİDEO çərçivələrində mətndə adı çəkilən videoların linkləri yerləşir. Bəzi videolarda real hadisələrdən bəhs olunur. Digərlərində isə real vəziyyətlərə uyğun olan hadisələr səhnələşdirilib.
Şəkillərə və altındakı yazılara (D) diqqət yetirin. Düşünün görün «Bəzi insanlar deyir» (E) çərçivəsindəki fikrə necə cavab verərdiniz.
SONUNCU HİSSƏ
«İcmal» və «Təkrar» (Ə) dərsin yekun hissəsidir. Dərsin bitdiyi tarixi qeyd edin. «Məqsəd» (F) yarımbaşlığında üzərində işləmək üçün təklif yer alır. «Əlavə məlumat» (G) yarımbaşlığında oxumaq və ya baxmaq üçün əlavə materiallar yerləşir.
Müqəddəs Kitabdan ayələri necə tapa bilərsiniz?
Müqəddəs Kitab 66 bölmədən ibarətdir. Kitab iki hissəyə bölünür: Tövrat (ibrani və arami dillərində yazılıb) və İncil (yunan dilində yazılıb).
Bu dərslikdə ayələr sitat gətirilərkən, ilk növbədə, Müqəddəs Kitab bölməsinin adı (A), sonra fəsil (B) və ayə(lər) (C) gəlir.
Məsələn, Vəhy 21:4 yazılanda «Vəhy» bölməsinin 21-ci fəslinin 4-cü ayəsi nəzərdə tutulur.