Allahın iradəsi nədən ibarətdir?
Allah-Taalanın iradəsi odur ki, insanlar yer üzündə əbədiyyən xoşbəxt və firavan yaşasınlar.
Bu fikir ilk baxışdan qəribə səslənə bilər. Amma Müqəddəs Kitabda deyilir ki, Allah bunu mütləq edəcək və artıq bunun üçün tədbir də görüb. Allahın iradəsi odur ki, bütün insanlar Onun bu niyyətindən xəbərdar olsun (Zəbur 37:11, 29; Əşiya 9:7).
Allah-Taalanın iradəsi odur ki, insanlar xoşbəxt olsunlar.
Heç bir valideyn övladına pislik arzulamaz, onun ancaq yaxşılığını istəyər. Yaradanımız Allah da Öz bəndələrini xoşbəxt görmək istəyir (Əşiya 48:17, 18). Allah Onun iradəsinə tabe olanlara əbədi həyat vəd edir (1 Yəhya 2:17).
Allah-Taalanın iradəsi odur ki, insanlar Onun yolu ilə getsinlər.
Yaradanımız bizə Öz yolunu tanıtmaq istəyir ki, biz bu yolla gedək (Əşiya 2:2, 3). Allah iradəsini bütün dünyaya əyan etmək üçün Öz adına bir xalq təşkil etmişdir (Həvarilərin işləri 15:14).
Allah-Taalanın iradəsi odur ki, insanlar Ona birlik içərisində ibadət etsinlər.
Yehova Allaha ibadət edənlər arasında birlik və məhəbbət hökm sürür (Yəhya 13:35). Bəs bu gün insanları Allaha birlik içərisində ibadət etməyə kimlər öyrədir? Bu sualın cavabını əlinizdəki broşürdə tapa bilərsiniz.