Kontentə keç

Mündəricatı göstər

B1

Müqəddəs Kitabın əsas mövzusu

Mütləq hakimiyyət Yehova Allaha məxsusdur. Onun idarə tərzi ən alidir. Onun Yer və bəşər ailəsi üçün əzəli niyyəti mütləq həyata keçəcək.

B.e.ə. 4026-cı ildən sonra

«İlan» Allahın hakimiyyət sürmək haqqına və tərzinə şəkk gətirir. Yehova Allah «övladın» («toxumun») gələcəyini vəd edir. «Övlad» sonda ilanı, yəni Şeytanı məhv edəcək (Yaradılış 3:1—5, 15, haşiyə). Allah insanlara Şeytan dünyasında öz-özlərini idarə etmək üçün möhlət verir.

B.e.ə. 1943

Yehova Allah İbrahim peyğəmbərə söz verir ki, vəd edilmiş «övlad» onun nəslindən gələcək (Yaradılış 22:18).

B.e.ə. 1070-ci ildən sonra

Yehova Allah əvvəlcə Davud padşaha, sonra onun oğlu Süleymana bildirir ki, vəd edilmiş «övlad» onların nəslindən gələcək (2 İşmuil 7:12, 16; 1 Padşahlar 9:3—5; Əşiya 9:6, 7).

B.e. 29

Yehova Allah İsa peyğəmbərin vəd edilmiş «övlad» olduğunu bildirir. O, Davud taxtının varisidir (Qalatiyalılara 3:16; Luka 1:31—33; 3:21, 22).

B.e. 33

Şeytan Məsihin ölümünə bais olaraq, «övladı» qısa müddətə fəaliyyətsiz hala salır. Yehova Allah onu dirildib göyə qaldırır. İsa kamil həyatının dəyərini Allaha təqdim edir. Beləcə, Adəmin övladları üçün günahların bağışlanması və əbədi həyata qovuşmaq imkanı açılır (Yaradılış 3:15; Həvarilərin işləri 2:32—36; 1 Korinflilərə 15:21, 22).

Təx. b.e. 1914

İsa Məsih ilanı, yəni Şeytanı yerə atır və onun fəaliyyətini yerin hüdudları ilə məhdudlaşdırır (Vəhy 12:7—9, 12).

Gələcək

Məsih Şeytanı min il müddətinə buxovlayır, sonra məcazi mənada başını əzərək onu məhv edir. Yehova Allahın yer üzü və bəşəriyyət üçün əzəli niyyəti gerçəkləşir. Onun müqəddəs adı şər-böhtandan təmizlənir, hakimiyyətinin haqq olduğu bəlli olur (Vəhy 20:1—3, 10; 21:3, 4).