Çıxış 17:1—16
17 İsrail icması Yehovanın əmri ilə Tih səhrasından çıxdı+ və bir yerdən o biri yerə köç edə-edə gəlib Rəfdimdə+ düşərgə saldı.+ Amma xalqın içməyə suyu yox idi.
2 Camaat: «Bizə içməyə su ver», — deyərək Musa ilə dalaşmağa başladı.+ Musa isə onlara dedi: «Niyə mənimlə dalaşırsınız? Nə üçün Yehovanı sınayırsınız?»+
3 Amma camaat susuzluqdan yanırdı, odur ki, gileylənib Musaya deyirdilər:+ «Bizi Misirdən niyə çıxarmısan? Çıxarmısan ki, özümüzü də, balalarımızı da, heyvanlarımızı da suzundan öldürəsən?!»
4 Axırda Musa Yehovaya fəryad etdi: «Mən bu adamlarla neyləyim? Bir az da keçsə, məni daşqalaq edəcəklər!»
5 Yehova Musaya dedi: «Nil çayına vurduğun əsanı əlinə al, İsrailin ağsaqqallarından da bir neçəsini özünlə götür.+ Onlarla birlikdə xalqın önündə Huribə get.
6 Orada Mən qayanın üstündə sənin önündə dayanacağam. Qayaya vurarsan, ondan su çıxacaq, xalq da ondan içər».+ Musa İsrail ağsaqqallarının gözü qarşısında belə də etdi.
7 O, həmin yerin adını Masah*+ və Məriba*+ qoydu, çünki israillilər onunla dalaşmış və: «Yehova bizim aramızdadır, ya yox?» — deyərək Yehovanı sınamışdılar.+
8 Əmaliqələr+ gəlib Rəfdimdə İsrail ilə vuruşdu.+
9 Onda Musa Yuşəyə dedi:+ «Adam seç, gedib əmaliqələrlə döyüş. Sabah mən, əlimdə Allahın əsası, təpənin başında duracağam».
10 Yuşə Musanın dediyi kimi, gedib əmaliqələrlə döyüşdü.+ Musa isə Harun və Xurla birlikdə təpənin başına qalxdı.+
11 Musa əllərini yuxarıda saxlayanda israillilər üstün gəlirdi, əllərini salanda isə əmaliqələr üstün gəlirdi.
12 Musanın qolları taqətdən düşəndə gətirib altına daş qoydular, Musa daşın üstündə oturdu. Harun onun bir əlini, Xur isə o biri əlini tutub saxladı. Gün batana kimi onun əlləri yuxarıda qaldı.
13 Beləcə, Yuşə əmaliqələri və onların adamlarını məğlub edib qılıncdan keçirdi.+
14 Yehova Musaya dedi: «Bunu xatirə olaraq kitaba yaz və Yuşəyə belə de: “Mən yer üzündən əmaliqələrin kökünü kəsəcəyəm, onların adı yaddaşlardan silinəcək”».+
15 Musa qurbangah düzəltdi və adını Yehova-Nissi* qoyub dedi:
16 «Yahın taxtına əl uzadıblar,+ buna görə də Yehova nəsildən-nəslə əmaliqələrlə döyüşəcək».+