Çıxış 32:1—35

  • Qızıl danaya sitayiş (1—35)

    • Musa xalqın nəğmə dediyini eşidir (17, 18)

    • Musa lövhələri yerə çırpır (19)

    • Yehovaya sadiq qalan lavililər (26—29)

32  Camaat görəndə ki, Musa dağdan enmək bilmir,+ tökülüşüb Harunun yanına gəldilər və dedilər: «Qalx, bizim üçün bir allah düzəlt ki, önümüzdə getsin.+ Çünki bizi Misirdən çıxaran bu Musa hara yoxa çıxıb, bilmirik».  Harun onlara dedi: «Arvadlarınızın, oğul və qızlarınızın qulaqlarından qızıl sırğaları çıxarıb gətirin».+  Hamı qulağından qızıl sırğasını çıxardı və gətirib Haruna verdi.  O, qızılları aldı, oymaçı alətilə ona şəkil verib dana düzəltdi.+ Onda camaat bir ağızdan dedi: «Budur səni Misirdən çıxaran Allahın, ey İsrail!»+  İşi belə görən Harun dananın qabağında bir qurbangah da düzəltdi və camaatı yığıb dedi: «Sabah Yehovaya həsr olunmuş bayramdır».  Beləliklə, səhərisi günü hamı tezdən durub yandırma və ünsiyyət qurbanlarını təqdim etməyə başladı. Qurtarandan sonra yeyib-içdilər və qalxıb şənlənməyə başladılar.+  Yehova Musaya dedi: «Get, aşağı en. Misirdən çıxardığın bu xalq rəzillik edir.+  Buyurduğum yoldan yaman tez döndülər.+ Odur, özləri üçün dana bütü düzəldiblər. Qarşısında səcdə edir, qurbanlar gətirib deyirlər: “Budur səni Misirdən çıxaran Allahın, ey İsrail”».  Yehova sözünə davam edib Musaya dedi: «Görürəm, bu xalq dikbaş xalqdır.+ 10  Burax, qoy od püskürən qəzəbimlə onları yox edim, əvəzində səndən böyük bir xalq yaradım».+ 11  Onda Musa Yehovaya yalvarıb dedi:+ «Yehova, axı onları böyük gücünlə, qüdrətli əlinlə Misirdən çıxarmısan. İndi niyə onları Öz qəzəbinə düçar edəsən?+ 12  Nəyə görə misirlilər: “Hə, xalqı bəd niyyətlə buradan çıxarmışdı. Çıxarmışdı ki, aparıb hamısını dağlarda qırsın, köklərini yer üzündən silsin!” — desinlər?+ Qoyma qəzəbin alovlansın. Rəhmin gəlsin, onların başına bu fəlakəti gətirmə. 13  Qulların İbrahimi, İshaqı və İsraili yadına sal. Varlığına and içib onlara demişdin ki, övladlarını* göydəki ulduzlar qədər çoxaldacaqsan,+ vəd etdiyin bu torpağı həmişəlik onlara verəcəksən».+ 14  Yehova xalqının başına fəlakət gətirmək fikrindən daşındı.+ 15  Bundan sonra Musa əlində iki Şəhadət lövhəsi dağdan endi.+ Lövhələrin hər iki üzü — qabaq tərəfi də, arxa tərəfi də yazılı idi. 16  Onları Allah düzəltmiş, yazıları da üstünə O həkk etmişdi.+ 17  Yuşə xalqın səs-küyünü eşidəndə Musaya dedi: «Düşərgədən döyüş səsi gəlir». 18  Musa isə dedi: «Bu nə zəfər nəğməsidir,Nə də məğlubların fəryad səsi.Qulağıma gələn şərqi başqa şeydən xəbər verir». 19  Musa düşərgəyə yaxınlaşanda dananı+ və rəqs edənləri gördü. Hirs başına vurdu. Dağın ətəyində əlindəki lövhələri yerə çırpıb parça-parça elədi.+ 20  Düzəltdikləri dananı isə götürüb yandırdı və əzib toza döndərdi.+ Sonra tozu suya töküb israillilərə içirtdi.+ 21  Musa Haruna dedi: «Bu camaat sənə neyləyib ki, onları belə böyük günaha sürüklədin?» 22  Harun dedi: «Ağa, acığın tutmasın. Özün yaxşı bilirsən ki, şər iş görmək bu camaatın qanındadır.+ 23  Onlar mənə dedilər: “Bizim üçün bir allah düzəlt ki, önümüzdə getsin. Çünki bizi Misirdən çıxaran bu Musa hara yoxa çıxıb, bilmirik”.+ 24  Mən də dedim, kimin nə qızılı var, çıxarıb gətirsin. Sonra qızılı oda atdım, oddan bu dana çıxdı». 25  Musa gördü ki, xalq əməlli-başlı azğınlaşıb. Harun onları o dərəcəyə çatdırıb ki, düşmənlərin önündə xar olublar. 26  Onda o, düşərgənin girəcəyində durub dedi: «Kim Yehovanın tərəfindədir yanıma gəlsin!»+ Bütün lavililər onun ətrafına toplaşdı. 27  Musa onlara dedi: «İsrailin Allahı Yehova belə deyir: “Qoy hər kəs qılıncını qurşasın, düşərgəni başdan-başa dolanıb qardaşını, qonşusunu, dostunu qətlə yetirsin”».+ 28  Lavililər Musanın dediyi kimi etdilər. Beləliklə, həmin gün üç minə yaxın adam qətlə yetirildi. 29  Sonra Musa dedi: «Bu gün siz özünüzü Yehovanın qulluğuna verdiniz, hər biriniz öz oğluna, öz qardaşına qarşı çıxdı.+ Bu gün Allah sizi mübarək qılacaq».+ 30  Səhərisi gün Musa xalqa dedi: «Siz çox böyük günaha batmısınız. İndi Yehovanın yanına gedirəm. Gedim Ona yalvarım, bəlkə, günahınızdan keçdi».+ 31  Musa Yehovanın yanına gedib dedi: «Xalqın günahı çox böyükdür. Özləri üçün qızıldan allah düzəldiblər.+ 32  Amma yalvarıram, onları əfv elə.+ Eləmirsənsə, onda, nə olar, adımı yazdığın kitabdan sil».+ 33  Ancaq Yehova Musaya dedi: «Kim Mənə qarşı günah edibsə, onun adını kitabımdan siləcəyəm. 34  İndi get, xalqı sənə dediyim yerə apar. Göndərdiyim mələk qarşınızda gedəcək.+ Vaxtı çatanda onlardan etdikləri günaha görə cavab tələb edib cəzalarını verəcəyəm». 35  Haruna düzəltdirdikləri qızıl danaya görə Yehova xalqın üstünə bəla göndərdi.

Haşiyələr

Hərfən: toxumlarını.