Üzeyir 4:1—24

  • Məbədin bərpasına əngəl törədilir (1—6)

  • Düşmənlər şah Artakserksə şikayətnamə göndərirlər (7—16)

  • Artakserksin cavabı (17—22)

  • Məbədin tikintisi dayanır (23—24)

4  Yəhudalıların və binyaminlilərin düşmənləri+ eşidəndə ki, əsirlikdən qayıdan xalq+ İsrailin Allahı Yehova üçün məbəd tikir,  dərhal Zərubabilin və nəsil başçılarının yanına gəlib dedilər: «Qoyun biz də sizinlə birgə məbədi tikək. Çünki bizi bura gətirən Aşşur padşahı Asarxaddonun+ dövründən bəri biz də sizin Allahınıza ibadət edirik+, Ona qurbanlar gətiririk».  Lakin Zərubabil, Yeşu və İsrailin digər nəsil başçıları onlara dedilər: «Bizə qoşulub Allahımızın evini tikməyə haqqınız yoxdur.+ Fars şahı Kuruşun bizə əmr etdiyi kimi, İsrailin Allahı Yehova üçün evi özümüz tikəcəyik».+  Onda ətraf xalqlar Yəhuda xalqını ruhdan salmağa, əlini işdən soyutmağa başladı.+  Onlar xalqın niyyətini boşa çıxarmaq üçün+ Fars şahı Kuruşun dövründən ta Fars şahı Daranın+ hakimiyyətinədək məsləhətçilər tutdular.  Onlar Ahaşveroşun hakimiyyətinin əvvəlində Yəhuda və Yerusəlim əhalisinin əleyhinə ittihamnamə yazdılar.  Bundan əlavə, Fars şahı Artakserksin dövründə Bişlam, Mitridad, Tabiil və onun digər müttəfiqləri şah Artakserksə namə yazdılar. Naməni arami dilinə+ tərcümə etdilər və arami hərfləri ilə yazdılar*.  * Baş məmur Rəhum və mirzə Şimşay Yerusəlim əleyhinə şah Artakserksə namə yazdılar. Namədə yazılmışdı:  (Namə baş məmur Rəhumun, mirzə Şimşayın, onların digər müttəfiqlərinin, hakimlərin, vali naiblərinin, katiblərin, ərəklilərin+, babillilərin, Şuş*+ xalqının, yəni elamlıların+, 10  böyük və şanlı Asenapparın* sürgün edib Səməriyyə şəhərlərində yerləşdirdiyi digər xalqların+ və çayın* o tayındakı bölgənin digər xalqlarının adından yazılmışdı. 11  Şaha göndərilmiş namənin surəti budur.) «Şah Artakserksə çayın o tayındakı bölgədə yaşayan qullarından. 12  Şaha məlum olsun ki, onun yanından çıxıb məmləkətimizə gələn yəhudilər artıq Yerusəlimdədirlər. Onlar bu mənfur və üsyankar şəhəri bərpa edir, divarlarını hörüb qurtarır,+ şəhərin bünövrəsini təmir edirlər. 13  Qoy şah bilsin ki, əgər bu şəhər bərpa edilsə, divarları hörülüb qurtarsa, onlar nə vergi, nə xərac+, nə də torpaqbasdı verəcəklər və şahların xəzinələrinə ziyan dəyəcək. 14  Biz sarayın çörəyini* yeyirik, buna görə də şahın zərər çəkməsinə göz yuma bilmərik. Odur ki, şaha namə göndərib onu bu işdən agah edirik. 15  Qoy ata-babalarının salnaməsi araşdırılsın.+ Onda şah bu şəhərin üsyankar olduğunu, padşahlara və əyalətlərə ziyan vurduğunu, qədim dövrdən bəri qiyamçıların məskəni olduğunu biləcək. Məhz buna görə şəhər yerlə yeksan edilmişdi.+ 16  Şaha bildiririk ki, əgər bu şəhər bərpa edilsə, divarları tikilib qurtarsa, çayın o tayındakı+ bütün torpaqlar şahın nəzarətindən çıxacaq». 17  Şah baş məmur Rəhuma, mirzə Şimşaya, onların Səməriyyədə yaşayan digər müttəfiqlərinə və çayın o tayındakı bölgədə yaşayan digər sakinlərə belə cavab göndərdi: «Sizə salam olsun! 18  Bizə göndərdiyiniz namə hüzurumda oxundu*. 19  Əmrimlə araşdırma aparıldı və bu şəhərin qədim dövrdən bəri padşahlara qarşı qalxdığı, üsyan və qiyam etdiyi üzə çıxdı.+ 20  Yerusəlimdə qüdrətli padşahlar olub, onlar çayın o tayındakı bölgəni idarə ediblər. Camaat onlara vergi, xərac və torpaqbasdı verib. 21  İndi əmr verin bu adamlar işi dayandırsınlar və mənim göstərişim olmadan şəhərin bərpasına başlamasınlar. 22  Baxın, bu işdə səhlənkarlığa yol verməyin. Qoymayın ki, yenə şahlara ziyan dəysin».+ 23  Şah Artakserksdən gələn namənin surəti Rəhumun, mirzə Şimşayın və onların müttəfiqlərinin önündə oxunanda onlar tələsik Yerusəlimə, yəhudilərin yanına gedib zor gücünə işi dayandırdılar. 24  Bununla da Allahın Yerusəlimdəki evinin tikintisi dayandırıldı və Fars şahı Daranın hakimiyyətinin ikinci ilinə qədər belə qaldı.+

Haşiyələr

Digər variant: namə arami dilində yazıldı, sonra tərcümə edildi.
Bu ayədən 6:18 ayəsinə kimi orijinal mətn arami dilində yazılıb.
Suz.
Yəni Aşşurbanipalın.
Fərat çayı.
Hərfən: duzunu.
Digər variant: hüzurumda tərcümə edilib oxundu.