Əşiya 33:1—24

  • Salehlər üçün ədalət və ümid (1—24)

    • Yehova Hakim, Qanunverən və Padşahdır (22)

    • «Xəstəyəm» deyən olmayacaq (24)

33  Vay halına, ey viran görməmiş virançı,+Ey xəyanət dadmamış xain! Virançılığın başa çatanda sən də viran qalacaqsan,+Xainliyin başa çatanda sən də xəyanət dadacaqsan.   Ey Yehova, bizə lütf göstər,+Ümid yerimiz Sənsən. Hər səhər gücümüz*+ ol,Dar gündə nicatımız ol.+   Gurultundan xalqlar qaçır. Sən qalxanda ümmətlər pərən-pərən olur.+   Acgöz çəyirtkələrtək daraşıb malını talan edəcəklər;Çəyirtkə sürüləri kimi malının üstünə cumacaqlar.   Yehova ucalacaq,Çünki məskəni ucalardadır. O, Sionu ədalətlə, salehliklə dolduracaq.   O, sənin dövrünün səbatıdır,Onun xəzinəsiYehova xofudur,+ sayagəlməz qurtuluşlardır,+ hikmətdir, bilikdir.   Budur, onların qəhrəmanları küçədə bağırır;Sülh elçiləri acı-acı ağlayır.   Baş yollar bomboşdur;Yollarla gedib-gələn yoxdur. O*, əhdi pozdu,Şəhərlərə həqarət etdi;Onun üçün insan heç nədir.+   Ölkə yas tutub*, saralıb solur. Livan xəcalət çəkir,+ çürüyüb gedib. Şaron səhratək olub,Başanla Karmel yarpağını tökür.+ 10  Yehova deyir: «Budur, qalxıram,Özümü ucaldacağam,+Özümü yüksəldəcəyəm. 11  Bətndə quru ot daşıyıb küləş doğursunuz,Öz ruhunuz sizi yandırıb külə döndərəcək.+ 12  Xalqlar yanmış əhəng kimi olacaq. Kəsilmiş tikan kimi yandırılacaqlar.+ 13  Ey uzaqda olanlar, nə edəcəyimi eşidin! Siz, ey yaxındakılar, Mənim gücümü tanıyın. 14  Sion günahkarları qorxu içindədir.+ Dönükləri əsməcə tutub: “Yandırıb-yaxan od olan yerdə hansımız yaşaya bilər?+ Sönməz alova hansımız dözə bilər?” 15  Daima salehlikdə addımlayan,+Doğru danışan,+Haram, nadürüst gəliri rədd edən,Əlini rüşvətdən uzaq tutan,+Qan tökənlərin məşvərətinə qulaq tıxayan,Pisliyi görməmək üçün gözlərini bağlayan kəs 16  Uca zirvələrdə yaşar,Qaya istehkamları ona sığınacaq olar,Ruzisi tükənməz,Suyu qurtarmaz».+ 17  Sənin gözlərin padşahı cah-calalında görəcək,Uzaqlardakı diyarı görəcək. 18  O dəhşəti ağlından keçirərək deyəcəksən: «Hanı o mirzə? Hanı o xəracı ölçən?+ Hanı o bürcləri sayan?» 19  Daha o azğın xalqı görməyəcəksən,O xalqı ki dili anlaşılmazdır,Nə kəkələdiyini başa düşmürsən.+ 20  Siona, bayramlar keçirdiyiniz şəhərə bir bax!+ Görəcəksən, Yerusəlim dinclik məkanıdır,Sökülməz bir çadır kimidir.+ Mıxları çıxarılmaz,İplərindən biri də qırılmaz. 21  Əzəmət Sahibi YehovaBizim üçün qoynundan çaylar, enli arxlar axan məkan olacaq,Oraya avarlı gəmi donanması girməz,Əzəmətli gəmilər oradan keçməz. 22  Çünki Yehova bizim Hakimimizdir,+Yehova bizim Qanunverənimizdir,+Yehova bizim Padşahımızdır,+Bizi qurtaran Odur.+ 23  Sənin iplərin boşalacaq;Dor ağacı möhkəm durmur, yelkən tarım çəkilmir. O vaxt çoxlu talan malı paylanacaq,Hətta axsaqlar bol qənimət götürəcək.+ 24  Heç bir sakin«xəstəyəm» deməyəcək.+ Orada yaşayanların günahı bağışlanacaq.+

Haşiyələr

Yaxud qolumuz.
Düşmən.
Digər variant: quruyur.