Əşiya 45:1—25
45 Yehova məsh etdiyi Kuruşa+,Önündə xalqları baş əydirmək,Padşahları tərksilah etmək,Qarşısında qapılar bağlı olmasın deyə ikitaylı darvazanı taybatay açmaq üçün sağ əlindən tutduğu kəsə+ belə deyir:+
2 «Mən sənin önündə gedəcəyəm,+Təpələri düzəngah edəcəyəm.
Mis qapıları qırıb parça-parça edəcəyəm,Dəmir rəzələri kəsib doğrayacağam.+
3 Qaranlıq yerlərdəki xəzinələri,Gizli yerlərdə saxlanılan xəzinələri sənə verəcəyəm+ ki, biləsən,Mən Yehovayam,Səni adınla çağıran İsrailin Allahıyam.+
4 Qulum Yaqubun, seçdiyim İsrailin xatirinəSəni adınla çağırıram,Məni tanımadığın halda, sənə şərəfli ad verirəm.
5 Yehova Mənəm, başqası yoxdur.
Məndən başqa Allah yoxdur.+
Məni tanımadığın halda, belini kip qurşayacağam ki,
6 Gündoğandan günbatanadək bütün insanlar bilsin,Məndən başqası yoxdur.+ Yehova Mənəm, başqası yoxdur.+
7 Nuru+ da, zülməti+ də Mən yaradıram,Dincliyi+ də, fəlakəti+ də Mən gətirirəm;Bütün bunları edən Mənəm, Yehova.
8 Ey göylər, yuxarıdan yağış tökün,+Qoy buludlar haqq-ədalət yağdırsın.
Qoy yer köksünü açsın, qurtuluş barı gətirsin,Onunla birlikdə haqq-ədalət bitirsin.+
Bunu yaradan Mənəm, Yehova».
9 Yaradanı ilə çəkişənin vay halına!
O, yerə düşmüş saxsı parçalarından biridir.
Heç gil dulusçuya «bu nədir düzəldirsən» deyər?+
Heç düzəltdiyin əşya sənə «bunun əlləri yoxdur» deyər?*
10 Ataya «belindən gələnə bax»,
Anaya «doğduğuna bax»* deyənin vay halına!
11 İsrailin Müqəddəsi,+ onu yaradan Yehova belə deyir:
«Bəlkə, Məndən gələcək barədə soruşmaq istəyirsiniz,Bəlkə, oğullarımla,+ ya da əllərimin işi ilə bağlı göstəriş vermək istəyirsiniz?
12 Yerə quruluş verən,+ üzərində insanı yaradan Mənəm.+
Əllərilə göyləri yayan,+Göylərin bütün ordusuna əmr edən Mənəm».+
13 «Mən bir nəfəri haqq naminə ayağa qaldırmışam.+
Onun bütün yollarını düz edəcəyəm.
Mənim şəhərimi o tikəcək.+
Əsirlikdə olanlarımı fidyəsiz, bəxşişsiz+ azad edəcək»,+ — deyir ordular Allahı Yehova.
14 Yehova belə deyir:
«Misirin gəliri*, Həbəşin malları*, boy-buxunlu səbalılar sənə gələcək, sənin olacaq.
Əli qandallı arxanca gedəcəklər.
Onlar gəlib önündə təzim edəcək,+Yalvara-yalvara deyəcəklər: “Allah səninlədir,+Ondan başqası yoxdur, Ondan başqa Allah yoxdur”».
15 Ey Xilaskar,+ ey İsrailin Allahı,Sən Özünü pünhan saxlayan Allahsan.
16 Onların hamısı alçalıb xar olacaq,Büt düzəldənlərin hamısı rüsvayçılıq içində rədd olacaqlar.+
17 İsrail isə Yehovadan əbədi qurtuluş alacaq!+
Siz heç vaxt rüsvay olub xəcalət çəkməyəcəksiniz.+
18 Göyləri yaradan,+ var olan Allah,Yerə quruluş verən, onu möhkəm təməl üstdə quran Xaliq,+Onu boş yerə deyil*, yaşayış üçün+ yaradan Yehova belə deyir:
«Yehova Mənəm, başqası yoxdur.
19 Mən xəlvət yerdə,+ qaranlıq diyarda danışmadım,Yaqub nəslinə “Məni axtarın, onsuz da faydası olmayacaq” demədim.
Mən haqqı danışan, doğrunu bəyan edən Yehovayam.+
20 Ey xalqların əlindən qurtulanlar, yığışıb gəlin,Bir yerdə yaxınlaşın.+
Oyma bütləri gəzdirən,Qurtuluş verə bilməyən allaha dua edənlər heç nə bilmir.+
21 Danışın, işinizi ortaya qoyun.
Qoy birgə məşvərət etsinlər.
Kim bunu əzəldən xəbər verib?
Kim bunu ta qədimdən bəyan edib?
Məgər Mən Yehova etməmişəm?
Məndən başqa Allah yoxdur,Mən adil Allaham, xilaskaram,+ qeyrisi yoxdur.+
22 Ey yerin hüdudları, Mənə tərəf dönün, nicat tapın,+Allah Mənəm, başqası yoxdur.+
23 Varlığıma and içdim,Ağzımdan çıxan söz doğrudur,Geri qayıtmaz,+Bütün dizlər qarşımda büküləcək,Bütün dillər and içib deyəcək:+
24 “Mütləq doğruluq və güc Yehovaya məxsusdur.
Ona hiddətlənənlərin hamısı xəcalət içində hüzuruna gələcək.
25 Bütün İsrail nəsli Yehovanın sayəsində haqlı çıxacaq,+Onunla öyünəcəklər”».
Haşiyələr
^ Digər variant: heç gil «düzəltdiyin məmulatın qulpları yoxdur» deyər?
^ Yaxud ağrı çəkib doğduğuna bax.
^ Digər variant: işçiləri.
^ Digər variant: tacirləri.
^ Digər variant: boş olmaq üçün deyil.