Ərəmya 29:1—32

  • Babildəki əsirlərə məktub (1—23)

    • İsrail 70 ildən sonra qayıdacaq (10)

  • Şəmay üçün xəbər (24—32)

29  Ərəmya peyğəmbər sürgündə olan xalqın arasındakı o biri ağsaqqallara, kahinlərə, peyğəmbərlərə və Navuxodonosorun Yerusəlimdən Babilə əsir apardığı xalqa Yerusəlimdən namə göndərdi.  Bu naməni Yəkunya+ padşah, məlikə ana,+ saray məmurları, Yəhuda və Yerusəlim başçıları, sənətkarlar və dəmirçilər* Yerusəlimdən gedəndən sonra göndərdi.+  Onu Yəhuda padşahı Sidqiyyənin+ Babilə, Navuxodonosor padşahın yanına göndərdiyi Şafan+ oğlu İlasa və Xilqiyyə oğlu Cəməri apardı. Namədə deyilirdi:  «İsrailin Allahı, ordular Allahı Yehova Yerusəlimdən Babilə sürgün etdiyi xalqa belə deyir:  “Evlər tikib yaşayın. Bağ salıb meyvəsini yeyin.  Arvad alın, oğul-qız sahibi olun, oğullarınıza qız alın, qızlarınızı ərə verin, qoy onlar da oğul-qız sahibi olsunlar. Orada törəyib çoxalın, azalmayın.  Sizi sürgün etdiyim şəhərin əmin-amanlığı üçün çalışın, o şəhərdən ötrü Yehovaya dua edin, çünki oranın əmin-amanlığı sizin əmin-amanlığınız deməkdir.+  Çünki İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Qoymayın aranızdakı peyğəmbərlər, falçılar sizi aldatsın,+ onların gördüyü yuxulara qulaq asmayın.  Çünki onlar Mənim adımdan sizə yalan peyğəmbərlik edirlər. Onları Mən göndərməmişəm”,+ — bəyan edir Yehova». 10  «Yehova belə deyir: “Babildə yetmiş il tamam olanda sizə nəzər salacağam,+ sizi bu yerə gətirib vədimi gerçəkləşdirəcəyəm”.+ 11  “Mən sizinlə bağlı niyyətimi bilirəm, — bəyan edir Yehova, — sizə bəla yox, əmin-amanlıq vermək niyyətindəyəm,+ amalım sizə gözəl gələcək, ümid bəxş etməkdir.+ 12  Siz Məni çağıracaqsınız, gəlib dua edəcəksiniz, Mən də sizi eşidəcəyəm”.+ 13  “Məni axtaracaqsınız və sidqi-ürəkdən axtardığınız üçün tapacaqsınız.+ 14  Özümü sizə aşkar edəcəyəm,+ — bəyan edir Yehova. — Mən sizdən əsir gedənləri bir yerə toplayacağam, sizi bütün xalqların içindən, səpələdiyim yerlərdən yığacağam.+ Sizi haradan sürgün etmişdimsə, ora geri qaytaracağam”.+ Yehova bəyan edir. 15  Amma siz deyirsiniz: “Yehova Babildə bizə peyğəmbərlər verib”. 16  Davudun taxtında oturan padşaha,+ bu şəhərdə yaşayan camaata, sizinlə sürgünə aparılmayan qardaşlarınıza Yehovanın sözü budur: 17  “Ordular Allahı Yehova deyir: “Mən onların üstünə qılınc, aclıq, azar göndərirəm.+ Onları xarab, yeməyə yaramayan çürük* əncir kimi edəcəyəm”.+ 18  “Onları qılıncla, aclıqla, azar təqib edəcəyəm.+ Mən onları dünyanın bütün səltənətlərinə səpələyəcəyəm, xalqlar onlara baxıb mat qalacaq, dəhşətə gələcək,+ onlara fit çalacaq,+ lənət oxuyacaq, rişxənd edəcək.+ 19  Çünki onlar dönə-dönə göndərdiyim peyğəmbər qullarım vasitəsilə dediyim sözlərə qulaq asmırlar”,+ — bəyan edir Yehova. “Siz də Mənə qulaq asmırsınız”,+ — bəyan edir Yehova. 20  Odur ki, Yehovanın sözünü eşidin, ey Yerusəlimdən Babilə sürgün etdiyim adamlar. 21  İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Mənim adımla yalan peyğəmbərliklər söyləyən+ Qolay oğlu Əhəbi və Məseyyə oğlu Sidqiyyəni Babil padşahı Navuxodonosora təslim edirəm. O, gözünüzün qabağında onları öldürəcək. 22  Onların başına gələnlər Babilə sürgün olunan yəhudalıların dilində qarğışa çevriləcək. Deyəcəklər: “Görüm Yehova səni Babil padşahının diri-diri yandırdığı Sidqiyyə ilə Əhəbin gününə salsın!” 23  Çünki onlar İsraildə biabırçılıq edir,+ soydaşlarının arvadları ilə zina edir, Mənim adımdan yalan sözlər, onlara buyurmadığım şeyləri söyləyirlər.+ “Mən bundan agaham, buna şahidəm”,+ — bəyan edir Yehova». 24  «Nehlamlı Şəmaya+ söylə ki, 25  İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Sən Yerusəlimdəki camaata, kahin Məseyyə oğlu Səfənyaya+ və kahinlərə öz adından məktub göndərib demisən: 26  “Yehova səni kahin Yəhyadayın yerinə qoyub ki, Yehovanın evinə nəzarət edəsən, özünü peyğəmbər kimi aparan hər sərsərinin işinə baxasan, onu kündəyə salasan.+ 27  Bəs niyə aranızda özünü peyğəmbər kimi aparan+ ənatutlu Ərəmyanı+ cəzalandırmırsan? 28  O, hətta Babilə, bizə bu xəbəri göndərib: “Sürgün uzun çəkəcək! Evlər tikib yaşayın, bağ salıb meyvəsini yeyin”».+ 29  Kahin Səfənya+ bu məktubu Ərəmya peyğəmbərə oxudu. 30  Onda Ərəmyaya Yehovanın sözü nazil oldu: 31  «Sürgündə olanlara xəbər göndər: Yehova nehlamlı Şəmay haqqında belə deyir: “Mən göndərmədiyim halda, Şəmay sizə peyğəmbərlik etdi, sizi yalana inandırmaq istədi.+ 32  Ona görə də Yehova belə deyir: “Mən nehlamlı Şəmayı və onun övladlarını cəzalandıracağam. Bu xalqın arasında onun nəslindən heç kim sağ qalmayacaq. Xalqıma edəcəyim yaxşılığı o görməyəcək, çünki o, xalqı Yehovaya qarşı qaldırır, — bəyan edir Yehova”».

Haşiyələr

Digər variant: istehkam tikənlər.
Digər variant: partlaq.