Əyyub 38:1—41
38 Sonra Yehova qasırğanın içindən+ Əyyuba dedi:
2 «Kimdir bu, avam-avam danışıb,Niyyətimin üstünə kölgə salan?+
3 İndi kişi kimi belini qurşa,Mən soruşacağam, sən də Mənə de.
4 Mən dünyanın təməlini qoyanda sən harada idin?+
Bilirsənsə, söylə.
5 Bəlkə, bilirsən, kim ona ölçü verib,Ölçü ipini ətrafına kim çəkib?
6 Təməli nəyin üzərində durur?
Onun guşə daşını kim qoyub?+
7 Dan ulduzları+ birgə sevinib-şadlananda,Allah oğullarının*+ hamısı hayqırıb alqış oxuyanda sən harada idin?
8 Dəniz kükrəyib bətndən çıxandaOnun ağzına kim bənd qoydu?+
9 Mən buludları ona geyindirəndə,Onu zülmət qaranlığa bələyəndə,
10 Onun üçün sərhəd cızanda,Qapıları, cəftələri qoyanda,+
11 “Bura qədər gəl, o tərəfə keçmə,Məğrur dalğalarının həddi buradır”,+ — deyəndə sən harada idin?
12 Heç ömründə səhərə əmr vermisən?
Heç sübh şəfəqinə yerini öyrətmisən ki,+
13 Yeri ucqarlarından tutub silkələsin,Pisləri oradan atsın?+
14 Yer möhür altındakı gil kimi dəyişir,Onun cizgiləri, paltar cizgiləri kimi aydın görünür.
15 Şər adamınsa işığı əlindən alınır,Yuxarı qalxan əli kəsilir.
16 Heç dənizin qaynaqlarına enmisən?
Dərin suları tədqiq etmisən?+
17 Ölüm qapıları+ sənə göstərilib?
Olmaya, qatı zülmətin* qapılarını görmüsən?+
18 Bəs yerin ənginliyini dərk etmisən?+
Bütün bunları bilirsənsə, danış.
19 İşığın məkanı hansı tərəfdədir?+
Bəs qaranlığın məkanını tanıyırsan?
20 Belə ki, onu diyarına aparasan,Evinin yolunu anlayasan.
21 Yəni o zaman doğulmuşdun?
İllərin o qədər çoxdur ki, bunları biləsən?
22 Heç qar+ anbarlarına girmisən?
Dolu+ anbarlarını görmüsən?
23 Mən onları müsibət günü üçün,Döyüş və müharibə günü üçün saxlayıram.+
24 Bəs işıq* hansı səmtdən yayılır?
Şərq küləyi yer üzünə haradan əsir?+
25 Kim sellərə arx,Guruldayan qara buluda yol çəkib ki,+
26 İnsan yaşamayan torpaqlara,İns-cins olmayan çöllərə yağış yağdırsın,+
27 Dağılmış, viran qalmış yerləri doydurub,Bitki cücərtsin?+
28 Yağışın atası varmı?+
Bəs şeh damlalarının atası kimdir?+
29 Göydən gələn şaxtanı kim doğub?
Buz kimin bətnindən çıxıb?+
30 Belə ki, ümmanın səthi buz bağlayır,Sular, sanki, daş altında gizlənir.+
31 Kimah bürcünün* bağlarını düyünləyə bilərsən?
Bəs Kəsil bürcünün* bağlarını aça bilərsən?+
32 Sən bürcü öz vaxtında çıxara bilərsən?
Ayiş bürcünə*, onun oğullarına bələdçi ola bilərsən?
33 Bəs göylərin qanunlarını+ bilirsən?
Yerdə onların* hakimiyyətini bərqərar edə bilərsən?
34 Sel-sular səni örtsün deyə,Səsini buludlara qaldıra bilərsən?+
35 Şimşəkləri göndərə bilərsən?
Onlar gəlib sənə: “Buradayıq!” — deyərlər?
36 Bəs buludların içinə* hikməti kim qoyub?+
Səmaya* ağlı kim verib?+
37 Buludları saymağa kimin hikməti çatar?
Göydəki su küplərini kim aşıra bilər?+
38 O zaman torpaq lehmə olub axır,Palçıq topaları bir-birinə yapışır.
39 Sən aslan üçün ov ovlaya bilərsən?
Gənc aslanların qarnını doyura bilərsən?+
40 O vaxt ki onlar yuvalarında yerə yatır,Yuvalarında pusqu qurur.
41 Balaları Allaha fəryad edəndə,Ac-yalavac dolaşandaKim quzğuna yem hazırlayır?+
Haşiyələr
^ Bu ifadə ibrani dilində mələklərlə əlaqədar işlədilir. Lüğətdə «Allahın Oğlu» ifadəsinə bax.
^ Yaxud ölüm kölgəsinin.
^ Digər variant: şimşək.
^ Ehtimala görə, Buğa bürcündəki Ülkər ulduzlarıdır.
^ Ehtimala görə, Orion bürcü.
^ Ehtimala görə, Böyük Ayı bürcü.
^ Digər variant: Onun.
^ Digər variant: insanın daxilinə.
^ Digər variant: ağıla.