Birinci Butrus 2:1—25
2 Beləliklə, hər cür pisliyi+, hiyləni, riyakarlığı, paxıllığı və şər-böhtanı kənara qoyun.
2 Anadan təzəcə doğulmuş çağa kimi+ Allahın sözündəki saf südə qarşı iştaha oyadın ki, onun vasitəsilə böyüyüb xilasa yetişəsiniz.+
3 Axı siz Ağanın xeyirxahlığını dadmısınız.
4 Siz ona, insanların rədd etdiyi,+ amma seçilmiş, Allah üçün qiymətli olan+ canlı daşa yaxınlaşanda
5 canlı daşlar olan sizlərdən ruhani ev+ tikilir ki, siz müqəddəs kahinlər tayfası olub İsa Məsihin vasitəsilə Allaha məqbul+ ruhani qurbanlar+ təqdim edəsiniz.
6 Çünki Müqəddəs Yazılarda yazılıb: «Budur, Mən Sionda seçilmiş daş, qiymətli guşə daşını qoyuram. Ona iman edən heç vaxt peşman olmayacaq».+
7 Beləliklə, iman edən sizlər üçün o, qiymətlidir, iman etməyənlər üçünsə «bənnaların rədd etdiyi daş+ küncün əsas daşı»,+
8 «büdrədən daş və yıxan qaya» oldu.+ Belələri sözə itaət etmədikləri üçün büdrəyirlər. Onların aqibəti budur.
9 Ancaq siz «seçilmiş soy, padşah və kahin tayfası, müqəddəs xalq,+ Allahın məxsusi ümmətisiniz»,+ sizi qaranlıqdan Öz heyrətamiz nuruna çağıranın+ «əzəmətli sifətlərini bəyan etmək» üçün seçilmisiniz.+
10 Bir vaxtlar siz xalq deyildiniz, indi isə Allahın xalqısınız.+ Sizə mərhəmət göstərilməmişdi, indi isə mərhəmət gördünüz.+
11 Əzizlərim, qərib və müvəqqəti sakin+ olan sizlərdən rica edirəm: canınızla savaşan+ cismani istəklərdən uzaq durun.+
12 Başqa xalqların arasında bundan sonra da nümunəvi davranın+ ki, sizə qara yaxanlar yaxşı işlərinizi müşahidə edib+ yoxlama günündə Allahı mədh etsinlər.
13 Ağanın xatirinə insan hakimiyyətlərinə tabe olun.+ Ən yüksək vəzifə tutduğuna görə padşaha+,
14 yaxud pis iş görənləri cəzalandırmaq, yaxşı iş görənləri+ isə mükafatlandırmaq üçün padşah tərəfindən göndərilmiş hakimlərə tabe olun.
15 Çünki Allah istəyir ki, siz yaxşı işlərinizlə nadanlıqla danışan ağılsızları susdurasınız.+
16 Azad adamlar kimi yaşayın,+ Allahın qulları+ olduğunuz üçün azadlığınızdan pis əməllər üçün pərdə kimi istifadə etməyin.+
17 Hər cür insana hörmət edin,+ bütün qardaşlığı sevin,+ Allahdan qorxun,+ padşaha hörmət bəsləyin.+
18 Qoy nökərlər ağalarına tabe olsunlar, özü də təkcə xeyirxah və mülayim olanlara yox, razı salmaq çətin olanlara da layiqincə hörmət bəsləsinlər.+
19 Çünki kimsə Allah qarşısında vicdanını təmiz saxlamaqdan ötrü əzablara qatlaşır və haqsızlığa məruz qalırsa, bu, təqdirəlayiqdir.+
20 Əgər siz günah iş gördüyünüz üçün döyülür və buna qatlaşırsınızsa, bu sizə nə qazandırır?+ Ancaq yaxşı iş gördüyünüz üçün əzab çəkirsinizsə və buna dözürsünüzsə, bu, Allaha məqbuldur.+
21 Siz məhz bunun üçün çağırılmısınız. Axı Məsih də sizin uğrunuzda əzab çəkdi+ və sizə nümunə qoydu ki, addımbaaddım onun izi ilə gedəsiniz.+
22 O, heç bir günah işləməmişdi,+ ağzından yalan söz çıxmamışdı.+
23 O, təhqirə təhqirlə cavab vermirdi.+ Əzab çəkəndə+ kimsəyə hədə-qorxu gəlmirdi, lakin özünü adil Hakimə+ tapşırırdı.
24 O, günahlarımızı öz bədənində daşıyıb+ dirəyin üzərinə apardı+ ki, biz günah üçün ölüb salehlik üçün yaşayaq. «Siz onun yaraları ilə şəfa tapdınız».+
25 Siz yolunu azmış qoyunlar kimi idiniz,+ ancaq indi canınızı qoruyan çobanın+ və nəzarətçinin yanına qayıtdınız.