Qanunun təkrarı 24:1—22

  • Nikah və boşanma (1—5)

  • Həyat ənamına hörmət (6—9)

  • Kasıblarla hörmətcil rəftar (10—18)

  • Məhsulun qalıqlarına dəymə (19—22)

24  Əgər kimsə arvad alar, lakin sonradan onda bir ləyaqətsizlik görər və buna görə də arvad gözündən düşərsə, talaq kağızını yazıb onun əlinə verməli və buraxmalıdır.+  Qadın onun evindən çıxandan sonra başqasına ərə gedə bilər.+  İkinci əri də ondan narazı olar* və talaq kağızını verib onu evindən çıxararsa, yaxud bu əri ölərsə,  qadın artıq ləkələndiyi üçün birinci əri təzədən onu ala bilməz. Belə şey Yehovanın gözündə iyrəncdir. Yehova Allahınızın sizə irs olaraq verdiyi diyarda bu cür günah etməyin.  Təzə evlənən adam orduya getməməlidir və onun üstünə heç bir başqa məsuliyyət qoyulmamalıdır. O, bir il sərbəst olmalı, evində qalıb arvadının könlünü şad eləməlidir.+  Heç kim başqasının əldəyirmanını, yaxud dəyirmanının üst daşını girov götürməməlidir,+ çünki bununla o, həmin adamın canını girov götürmüş olur.  Kim israilli soydaşını oğurlayar, onunla amansız rəftar edər və onu satarsa,+ ölməlidir.+ Aranızdan pisliyi yox etməlisiniz.+  Cüzam* xəstəliyi baş qaldıranda lavili kahinlərin dediyi hər şeyi olduğu kimi yerinə yetirin.+ Onlara nə buyurmuşamsa, hamısına dəqiqliklə əməl edin.  Allahınız Yehovanın Misirdən çıxıb gələndə yolda Məryəmə nə etdiyini unutmayın.+ 10  Qonşunuza nə isə borc verəndə,+ boyun olduğu girovu almaq üçün evinə girməyin. 11  Bayırda gözləyin, qoy borc alan girovu özü gətirsin. 12  Əgər o, ehtiyac içindədirsə, girovu sizdə ola-ola yatağa girməyin.+ 13  Gün batanda girovu yiyəsinə qaytarın ki, yatanda əynində paltar olsun və sizin canınıza dua etsin.+ Belə etsəniz, Allahınız Yehovanın önündə savab qazanarsınız. 14  Dara düşən yoxsul muzduru aldatmayın, istər soydaşınız olsun, istərsə də ölkənizdə, şəhərlərinizdə yaşayan yadelli.+ 15  Onun haqqını elə həmin gün, gün batmamışdan əvvəl verin,+ çünki ehtiyac içindədir, gözünü zəhmət haqqına dikib. Əks təqdirdə, o, sizin əlinizdən Yehovaya fəryad edər və siz günahkar sayılarsınız.+ 16  Ata övladının əməlinə görə, övlad da atasının əməlinə görə öldürülməməlidir.+ Hər kəs öz günahına görə öldürülməlidir.+ 17  Yadellinin, yaxud yetimin işinə baxanda haqqı, ədaləti pozmayın.+ Dul qadından verdiyiniz borcun əvəzinə girov kimi paltarını almayın.+ 18  Unutmayın ki, bir vaxtlar Misirdə qul idiniz və Allahınız Yehova sizi oradan qurtardı.+ Bu şeyləri sizə ona görə buyururam. 19  Tarlanı biçəndə yaddan çıxıb tarlada qoyduğunuz dərzi götürmək üçün geri qayıtmayın. Qoy qərib, yetim, dul üçün qalsın.+ Belə etsəniz, Allahınız Yehova hər işinizi avand edər.+ 20  Zeytun ağacını çırpandan sonra qayıdıb budaqları ikinci dəfə çırpmayın. Qoy yerdə qalan qəribin, yetimin və dulun olsun.+ 21  Bağınızdakı üzümü yığandan sonra tənəklərdə qalanı yığmağa qayıtmayın. Qoy o, qəribin, yetimin və dulun olsun. 22  Unutmayın ki, bir vaxtlar Misirdə qul idiniz. Elə buna görə sizə bu şeyləri buyururam.

Haşiyələr

Hərfən: onu rədd edər.
Cüzam kimi tərcümə olunan ibrani sözü geniş məna daşıyır və görünür, müxtəlif yoluxucu dəri xəstəliklərini, həmçinin paltarda və evdə olan infeksiyaları özünə daxil edir.