Yəhyaya nazil olmuş vəhy 7:1—17
7 Bundan sonra yerin dörd küncündə durmuş dörd mələk gördüm. Onlar yerin dörd küləyini tutub saxlamışdılar ki, yerin, dənizin və ağacların üzərinə heç bir külək əsməsin.
2 Sonra gündoğandan qalxan başqa bir mələk gördüm. Bu mələkdə var olan Allahın möhürü vardı. O, yerə və dənizə zərər vurmaq tapşırığı almış dörd mələyə ucadan dedi:
3 «Biz Allahımızın qullarının alnına möhür basmayınca+ yerə, dənizə və ağaclara zərər vurmayın».+
4 İsrail oğullarının hər qəbiləsindən+ möhürlənmişlərin sayını eşitdim. Onların ümumi sayı 144 000 nəfər+ idi.
5 Yəhuda qəbiləsindən 12 000 nəfər;Rubən qəbiləsindən 12 000 nəfər;Cad qəbiləsindən 12 000 nəfər;
6 Aşir qəbiləsindən 12 000 nəfər;Niftalı qəbiləsindən 12 000 nəfər;Mənəssə+ qəbiləsindən 12 000 nəfər;
7 Şəmun qəbiləsindən 12 000 nəfər;Lavi qəbiləsindən 12 000 nəfər;Yəsakir qəbiləsindən 12 000 nəfər;
8 Zəbulun qəbiləsindən 12 000 nəfər;Yusif qəbiləsindən 12 000 nəfər;Binyamin qəbiləsindən 12 000 nəfər möhürlənmişdi.
9 Sonra baxdım və budur: hər xalqa, hər tayfaya, hər ümmətə və hər dilə mənsub adamlardan ibarət,+ heç kəsin saymağa qadir olmadığı böyük bir izdiham. Onlar əyinlərində ağ libas,+ əllərində xurma budaqları taxtın və Quzunun qarşısında durmuşdular.+
10 Bu adamlar ucadan deyirdilər: «Xilasımıza görə taxtda oturan+ Allahımıza və Quzuya borcluyuq».+
11 Bütün mələklər taxtı, ağsaqqalları+ və dörd məxluqu dövrəyə almışdılar. Onlar taxtın qarşısında üzüstə qapanıb Allaha səcdə etdilər və
12 dedilər: «Amin! Alqış, calal, hikmət, şükran, şərəf, qüdrət və güc əbədiyyət boyu Allahımızın olsun!+ Amin!»
13 O zaman ağsaqqallardan biri məndən soruşdu: «Bu ağ libaslı adamlar kimdir,+ haradan gəliblər?»
14 Mən dərhal dedim: «Ağa, sən bilərsən». O dedi: «Bunlar böyük müsibətdən+ çıxanlardır. Onlar libaslarını Quzunun qanında yuyub ağardıblar.+
15 Buna görə də onlar Allahın taxtı qarşısındadırlar və gecə-gündüz Onun məbədində Ona qulluq edirlər. Taxtda oturan+ çadırını onların üzərinə çəkəcək.+
16 Onlar daha acmayacaq, heç vaxt susamayacaqlar. Onları gün vurmayacaq və qızmar isti yandırmayacaq.+
17 Çünki taxtın yanında duran Quzu+ onları otaracaq+ və həyat suyu bulaqlarına aparacaq.+ Allah onların gözlərindən bütün yaşları siləcək».+