Yaradılış 10:1—32

  • Xalqların siyahısı (1—32)

10  Nuhun oğulları Sam+, Ham və Yafəsin tarixçəsi belədir. Daşqından sonra onların oğulları oldu.+  Yafəsin oğulları bunlar idi: Gümər+, Məcuc+, Maday, Yavən, Tubal+, Məşəq+ və Tiras+.  Gümərin oğulları bunlar idi: Əşkinaz+, Rifət və Tücarma+.  Yavənin oğulları bunlar idi: Əlişa+, Tarşiş+, Kittim+ və Dudanim.  Adalarda* yaşayanlar bunlardan törəyib dilinə, qəbiləsinə və xalqına görə ayrılaraq öz ölkələrinə yayıldılar.  Hamın oğulları bunlar idi: Kuş, Misraim*,+ Put+ və Kənan+.  Kuşun oğulları bunlar idi: Siba+, Həvilə, Səbtə, Rəhma+ və Səbtəkə. Rəhmanın oğulları Səba və Didan idi.  Kuşun Nəmrud adında oğlu oldu. O, yer üzündə ilk qüdrətli adam oldu.  O, Yehovaya qarşı çıxan güclü ovçu* idi. Buna görə də xalq arasında «Yehovaya qarşı çıxan güclü ovçu Nəmrudun tayı» deyimi yarandı. 10  Əvvəlcə onun səltənətinə Şinar+ diyarında olan Babil+, Ərək+, Akkad və Qəlnə daxil idi. 11  Nəmrud bu diyardan çıxıb Aşşura+ getdi və orada Neynəvanı*,+ Rəhbut-İri, Kəlahı 12  və Neynəva ilə Kəlah arasında Rəsəni saldı; böyük şəhər budur*. 13  Misraimin Ludim+, Ənamim, Ləhabim, Nəftuhim+, 14  Patrusim+, Kəsluhim (filiştlilər*+ ondan törəyib) və Kəfturim+ adında oğulları oldu. 15  Kənanın oğulları bunlar idi: ilki Sidon+, Het+, 16  həmçinin yəbusilər+, amorilər+, girqaşilər, 17  hivilər+, arqilər, sinilər, 18  arvadilər+, səmarilər, həməsilər+. Sonralar Kənan qəbilələri səpələnib yayıldılar. 19  Beləliklə, kənanilərin sərhədi Sidondan Qəzzə+ yaxınlığındakı Qərara+, Səduma, Əmurəyə+, Admaya və Leşa yaxınlığındakı Səbuyimə+ qədər uzanırdı. 20  Bunlar öz qəbiləsinə, dilinə, ölkəsinə və xalqına görə bölünən Ham oğulları idi. 21  Böyük oğul olan Yafəsin qardaşı* Samın da övladları oldu. O, bütün Abir+ oğullarının əcdadıdır. 22  Samın oğulları bunlar idi: Elam+, Aşşur+, Ərfəhsad+, Lud və Aram+. 23  Aramın oğulları bunlar idi: Uz, Hul, Qətar və Maş. 24  Ərfəhsadın Saleh+, Salehin Abir adında oğlu oldu. 25  Abirin iki oğlu oldu. Birinin adı Faliq*+ idi, çünki onun yaşadığı vaxtda yer* bölünmüşdü; qardaşının adı Qəhtan+ idi. 26  Qəhtanın Əlmudad, Səlif, Hazarmavəd, Yarəh+, 27  Həduram, Uzal, Diqla, 28  Obal, Abimail, Səba, 29  Ofir+, Həvilə və Yubab adında oğulları oldu; bunların hamısı Qəhtanın oğulları idi. 30  Onların yaşadığı torpaqlar Misadan tutmuş Şərqdəki dağlıq bölgə olan Səfara qədər uzanırdı. 31  Bunlar öz qəbiləsinə, dilinə, ölkəsinə və xalqına görə bölünən+ Sam oğulları idi. 32  Nəslinə və xalqına görə bölünən Nuh oğullarının qəbilələri bunlar idi. Daşqından sonra yaranan və yer üzünə yayılan xalqlar onlardan törəyib.+

Haşiyələr

Yaxud sahilyanı ərazilərdə.
Misirin ibranicə adı.
Yaxud döyüşçü.
Nineviya.
Digər variant: bunlar birlikdə böyük şəhərdir.
Bəzi mənbələrə əsasən, filistimlilər.
Digər variant: Yafəsin böyük qardaşı.
Mənası: bölünmə.
Yaxud yerin əhalisi.