Zəbur 34:1—22
Davudun məzmuru. Əbuməlikin qarşısında özünü dəliliyə vurub+ qovulanda.
א [Alef]*
34 Hər zaman Yehovaya şükür edərəm,Dilim daim Ona alqış deyər.
ב [Bet]
2 Könlüm Yehova ilə öyünər,+Həlimlər eşidib sevinər.
ג [Qimel]
3 Yehovanı mənimlə birgə ucaldın,+Gəlin Onun adını birgə yüksəldək.
ד [Dalet]
4 Yehovaya üz tutdum, mənə hay verdi,+Məni bütün qorxulardan azad etdi.+
ה [He]
5 Gözünü Ona dikənlərin çöhrəsi parladı,Üzləri xəcalətdən qızarmaz.
ז [Zayn]
6 Bu məzlum çağırdı, Yehova eşitdi,Bütün bəlalardan onu qurtardı.+
ח [Xet]
7 Yehovanın mələyi Ondan qorxanların ətrafında düşərgə qurur,+Onları xilas edir.+
ט [Tet]
8 Dadın, görün necə gözəldir* Yehova,+Ona sığınan nə bəxtiyardır!
י [Yud]
9 Yehovadan qorxun, ey Onun müqəddəs bəndələri,Ondan qorxan korluq çəkməz.+
כ [Kaf]
10 Gənc, güclü aslanlar ac-yalavac gəzər,Yehovanı axtaranlar heç bir nemətdən korluq çəkməz.+
ל [Lamed]
11 Gəlin, qulaq asın mənə, ey oğullarım,Sizə Yehovadan qorxmağın nə olduğunu öyrədim.+
מ [Mem]
12 Kim həyatdan həzz almaq,Yaxşı gün görmək istəyirsə,+
נ [Nun]
13 Qoy dilini şərdən,+Ağzını məkrdən saxlasın.+
ס [Samex]
14 Qoy şərdən çəkinsin, xeyrə can atsın,+Sülh axtarsın, sülhə can atsın.+
ע [Ayn]
15 Yehovanın gözü salehlərin üzərindədir,+Qulağı onların yalvarışını eşidir.+
פ [Pe]
16 Yehova üzünü şər iş görənlərdən döndərir,Onların adını belə, yer üzündən siləcək.+
צ [Tsade]
17 Salehlər çağırdı, Yehova eşitdi,+Onları bütün bəlalardan qurtardı.+
ק [Kof]
18 Yehova qəlbisınıqlara yaxındır,+Pərişan insanları azad edir.+
ר [Reyş]
19 Salehin dərdi-səri çox olar,+Lakin Yehova onu bütün bəlalardan qurtarar.+
ש [Şin]
20 Bütün sümüklərini qoruyur,Heç biri sınmamışdır.+
ת [Tav]
21 Şər adamın başına bəla gələr, onu məhv edər,Salehə nifrət edənlər məhkum olar.
22 Yehova qullarının canını xilas edər,Ona pənah gətirənlərin biri də məhkum edilməz.+
Haşiyələr
^ İbrani əlifbasının ilk hərfidir. Bu məzmur orijinal mətndə əlifba sırası ilə yazılmışdır.
^ Yaxud kəramətlidir.