Doğma evim
Yüklə:
1. Bir dərin ümmanda
Boğuluram sanki mən.
Çox çətin olanda,
Sınaqlar sapdırır doğru yoldan.
Amma heç qalmaram darda,
Yehova daima yanımda.
NƏQƏRAT
Tapır O, qurtarır bəladan.
Ayrı düşsəm, tez yetişər dada.
Qucağında gəzdirər körpətək O məni.
Deyiləm heç zaman tək-tənha.
2. Yoxdur bu dünyada
Leysandan sığınacaq.
Budur doğma ailəm,
Tapıram əsl sülh, rahatlıq burda.
Ayrı düşsən bil ki, evindən,
Atan eşidir, yalvar Ona sən.
NƏQƏRAT
Səslər O, çağırar sevgiylə:
«Geri dön, gəl qayıt öz evinə.»
Qucağında gəzdirər körpətək O səni.
Deyilsən heç zaman tək-tənha.
KEÇİD
Hər kəs sevinclə
Söylər qəlbdən: «Xoş gəldin,
Əziz dostumuz!»
Artıq doğma evindəsən,
Xoş gəldin
Ailənə!
NƏQƏRAT
Tapır O, qurtaracaq bəladan.
Ayrı düşsən, tez yetişər dada.
Qucağında gəzdirir,
Deyilsən bil, heç zaman
Tək tənha.