Kontentə keç

Mündəricatı göstər

Brais Seara/Moment via Getty Images

OYAQ QALIN!

Şiddətli quraqlıqlar. Müqəddəs Kitabda bu barədə nə deyilir?

Şiddətli quraqlıqlar. Müqəddəs Kitabda bu barədə nə deyilir?
  •    «Çin hökuməti bildirib ki, bu il ölkə tarixində ən isti və üçüncü ən quraq il olub» («The Guardian», 7 sentyabr 2022-ci il).

  •    «Bu il Şərqi Afrikanın bəzi ölkələrinin dəhşətli quraqlıqdan əziyyət çəkdiyi beşinci il olacaq» («UN News», 26 avqust 2022-ci il).

  •    «Avropa qitəsinin üçdə ikisini güclü quraqlıq gözləyir və çox ehtimal ki, bu, son 500 ildə ən güclü quraqlıq olacaq» («BBC News», 23 avqust 2022-ci il).

 Bir çox mütəxəssislərin fikrincə, bu cür quraqlıqlar artmağa davam edəcək və daha da pisləşəcək. Bəs daha yaxşı gələcəyə ümid var? Müqəddəs Kitabda bu barədə nə deyilir?

Quraqlıqlar və Müqəddəs Kitab peyğəmbərliyi

 Müqəddəs Kitabda yaşadığımız dövr barədə peyğəmbərlik edilib:

  •    «Gah burada, gah orada qıtlıqlar... olacaq» (Luka 21:11).

 Quraqlıqlar adətən ərzaq qıtlığına gətirib çıxarır. Qıtlıq da, öz növbəsində, əzab-əziyyətə və ölümə səbəb olur. Bunların olacağı Müqəddəs Kitabda qabaqcadan deyilmişdi (Vəhy 6:6, 8).

Nəyə görə quraqlıqlar getdikcə şiddətlənir?

 Müqəddəs Kitabda bunun kökündə duran səbəb izah olunur. Orada deyilir:

  •    «Addımlarını yönəltmək insanın ixtiyarında deyil» (Ərəmya 10:23).

 Bu, o deməkdir ki, insanlar «addımlarını [yönəltməyə]», başqa sözlə bir-birləri üzərində hakimiyyət sürməyə qabil deyillər. Onların verdiyi səhv qərarlar quraqlığa və su qıtlığına gətirib çıxarır.

  •    Alimlərin əksəriyyəti razılaşır ki, qlobal istiləşməyə səbəb insan fəaliyyətidir, bunun da nəticəsində, dünya miqyasında quraqlıq daha da şiddətlənir.

  •    Acgöz və uzaqgörən olmayan siyasətçilərin qərarları meşələrin məhvinə, çirklənməyə və təbii sərvətlərin sui-istifadəsinə gətirib çıxarır. Nəticədə isə həyati vacib olan su ehtiyatının tükənmə təhlükəsi ilə üz-üzə qalırıq.

 Amma Müqəddəs Kitab bizə ümid verir.

Gələcəklə bağlı hansı ümid var?

 Müqəddəs Kitabda vəd olunur ki, Allah hazırda mövcud olan su böhranına çarə qılacaq. Necə?

  1.  1. Allah «yeri tələf edənləri tələf» edəcək (Vəhy 11:18). Allah su qıtlığına səbəb olan amillərdən birini — ətraf mühitə ziyan vuran acgöz, şər əməlli insanları yox edəcək (2 Timutiyə 3:1, 2).

  2.  2. «Qarsımış torpaq qamışlı gölə» dönəcək (Əşiya 35:1, 6, 7). Allah quraqlığın vurduğu zərəri aradan qaldıracaq və planetimizi bol sulu cənnətməkana çevirəcək.

  3.  3. «Sən yerə qayğı göstərirsən, onu naz-nemətlə doldurursan» (Zəbur 65:9). Allah yer üzünü bərəkətli edəcək, yerdə həmişə qida bolluğu və təmiz su olacaq.