Kontentə keç

Mündəricatı göstər

Ismail Sen/Anadolu Agency via Getty Images

OYAQ QALIN!

Türkiyə və Suriyada dağıdıcı zəlzələlər. Müqəddəs Kitabda bu barədə nə deyilir?

Türkiyə və Suriyada dağıdıcı zəlzələlər. Müqəddəs Kitabda bu barədə nə deyilir?

 Bazar ertəsi, 6 fevral 2023-cü ildə Türkiyə və Suriyada güclü zəlzələlər olub.

  •    «Bazar ertəsi Türkiyənin böyük ərazilərində və Suriyanın şimal-qərbində güclü zəlzələ olub. Zəlzələ nəticəsində 3700-dən çox adam həyatını itirib. Kəskin soyuqlar yaralanan, evsiz qalan insanların vəziyyətini daha da ağırlaşdırır və xilasetmə işlərini çətinləşdirir» («Reuters», 6 fevral 2023-cü il).

 Bu cür faciələr haqqında oxuyanda ürəyimiz qan ağlayır. Belə vəziyyətlərdə «hər cür təsəlli Allahı» olan Yehovaya üz tuta bilərik (2 Korinflilərə 1:3). O bizə kömək edir ki, «Müqəddəs Yazılardan aldığımız təsəlli sayəsində ümidimiz olsun» (Romalılara 15:4).

 Müqəddəs Kitabdan növbəti sualların cavabını tapa bilərsiniz:

  •    Zəlzələlərin artacağı barədə əvvəlcədən nə deyilmişdi?

  •    Təsəlli və ümidi haradan tapa bilərik?

  •    Allah əzab-əziyyətlərin kökünü necə kəsəcək?

 Müqəddəs Kitabda bu mövzular barədə nə deyildiyini öyrənmək üçün növbəti məqalələri oxuyun:

a «Yehova» Allahın şəxsi adıdır (Zəbur 83:18).