Kontentə keç

TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?

Osminoqun ecazkar qolları

Osminoqun ecazkar qolları

 Robot mühəndisləri elə bir avadanlıq üzərində işləyirlər ki, bunun sayəsində həkimlər minimal invaziv cərrahiyyə metodlarından istifadə edərək bədənin sıx nahiyələrində əməliyyatlar həyata keçirə bilsinlər. Bu sahədə yeniliyə osminoqun elastik qolundan və ya bığcıqlarından ilhamlanaraq nail olunub.

 Düşünün: Osminoq səkkiz uzanan və elastik qolu ilə hətta kiçik məsafələrdə belə obyektləri tuta, saxlaya və sıxa bilir. Osminoq nəinki bığcıqlarını istənilən istiqamətə hərəkət etdirir, həmçinin lazım gələndə qollarını müxtəlif hissələrini sərtləşdirə bilir.

 Tədqiqatçılar inanırlar ki, eynilə bu cür yumşaq və elastik robot qolları minimal invaziv cərrahiyyə zamanı əvəzsiz rol oynayacaq. Belə təchizat daha mürəkkəb prosedurlara məruz qalan pasiyentlər üzərində əməliyyat keçirməyi mümkün edə biləcək.

 Osminoqun hərəkət edən elastik qollarına baxın

 Belə bir robot qol artıq istehsal olunub və simulyasiya olunmuş əməliyyatlarda istifadə edilib. 135 millimetrlik qolun bir hissəsi daxili orqanlara heç bir zərər vermədən onları qaldıra və saxlaya, digər hissəsi isə əməliyyatı həyata keçirə bilər. Bu təchizatı yaradan qrupun bir üzvü Dr. Tommazo Rantsani deyir: «İnanırıq ki, bu sistem təkmilləşdirilmiş funksiyalar ilə yeni və inkişaf etmiş versiyalar üçün bir başlanğıc olacaq».

Yumşaq və elastik robot qol cərrahiyyədə əvəzsiz rol oynayacaq

 Necə fikirləşirsiniz? Osminoqun qolları təkamül nəticəsidir, yoxsa yaradılış möcüzəsi?