Kontentə keç

Allah-Taala Şeytanı bizi sınamaq üçün yaradıb?

Allah-Taala Şeytanı bizi sınamaq üçün yaradıb?

Müqəddəs Yazıların cavabı

 Müqəddəs Yazılara əsasən, Allah Şeytan yaratmayıb. Onun yaratdığı mələklərdən biri sonradan özü Şeytan oldu. Müqəddəs Yazılarda Allah-Taala haqda deyilir ki, «bütün yolları haqdır, sadiq Allahdır, heç zaman haqsızlıq etməz, adil və doğru olan Odur» (Tövrat, Qanunun təkrarı 32:3—5). Bu ayələrdən belə qənaətə gəlmək olar ki, Allah əzəldən Şeytan İblisi də kamil və qüsursuz yaratmışdı.

 Yəhya 8:44 ayəsində İsa peyğəmbər deyir ki, Şeytan «həqiqətə bağlı qalmadı». Deməli, bir vaxt o, saleh və nöqsansız idi.

 Yehovanın yaratdığı bütün şüurlu varlıqlar kimi, sonradan Şeytan olan bu mələyin də xeyirlə şər arasında seçim etmək azadlığı vardı. Bu mələk Allaha qarşı çıxmaqla və ilk insanları bu işdə ona qoşulmağa təhrik etməklə «düşmən» mənasını daşıyan Şeytan oldu (Tövrat, Yaradılış 3:1—5; İncil, Vəhy 12:9).