Allah boşanmaya necə baxır?
Müqəddəs Yazıların cavabı
Müqəddəs Yazılarda boşanmağa icazə verilir. Ancaq Allahın Kəlamına əsasən, boşanmaq üçün yeganə səbəb xəyanətdir: «Bilin və agah olun, kim arvadını onun cinsi əxlaqsızlığına [nikahdankənar cinsi əlaqə] görə deyil, başqa səbəbə görə boşayıb özgəsinə evlənirsə, zina edir» (İncil, Matta 19:9).
Allah insanın həyat yoldaşına xəyanət edərək boşanmasına nifrət edir. O, boş-boşuna, xüsusilə də başqası ilə evlənmək üçün öz həyat yoldaşını boşayan kəsləri şəxsən məsuliyyətə cəlb edəcək (Peyğəmbərlərin kitabı, Malaki 2:13—16; İncil, Mark 10:9).