Kontentə keç

Toplantı iştirakçıları Argentina jest dilində İncilin «Yeni Dünya Tərcüməsi»nin çıxması xəbərini əllərini yuxarı qaldırıb silkələməklə «əl çalaraq» qarşılayırlar

1 YANVAR 2020
ARGENTİNA

Argentina jest dilində İncilin «Yeni Dünya Tərcüməsi» buraxılıb

Argentina jest dilində İncilin «Yeni Dünya Tərcüməsi» buraxılıb

13 dekabr 2019-cu il tarixində Argentinanın Buenos-Ayres şəhərində baş tutmuş beynəlxalq toplantıda Argentina jest dilində İncilin «Yeni Dünya Tərcüməsi» üzərində gedən işin başa çatdığı elan olundu. Bu, Argentina jest dilində buraxılmış ilk İncil kitabıdır.

Layihəyə 3 dekabr 2014-cü il tarixində start verilmişdi. Tərcüməçilər layihəyə «Mətta» kitabından başlamışdılar. Jest dilində nəşrlər videoformatda buraxılır, buna görə hər kitabın üzərində iş başa çatan kimi o, «JW Library Sign Language» proqramına yüklənilirdi.

Bəzi mənbələrə əsasən, Argentinada 400000-ə yaxın insan Argentina jest dilindən istifadə edir. Ölkədə təxminən 2700 təbliğçi də bu dildə təbliğ edir, onlardan 470 nəfəri kardır. Bu dildə sərbəst danışan kar bacımız Laura Losada deyir: «Mən çox xoşbəxtəm və səxavətli hədiyyəsinə görə Yehovaya ürəkdən minnətdaram. Bu tərcümənin olmadığı vaxtlarda Müqəddəs Kitabı ispan dilində oxumağa çalışırdım, amma çox şey mənim üçün qaranlıq qalırdı. İndi isə hiss edirəm ki, yeni və aydın tərcümə sayəsində Yehova ilə münasibətim xeyli möhkəmlənib».

Argentina jest dilindən istifadə edən bacı-qardaşlarımız onlara ruhən möhkəm qalmağa kömək edəcək bu aydın tərcüməyə görə Yehovaya çox minnətdardır. Biz əminik ki, yeni tərcümə qardaşlara daha çox insana Yehova ilə dostlaşmağa kömək etməkdə yardımçı olacaq (Həvarilərin işləri 13:48).