Kontentə keç

15 SENTYABR 2023
MYANMA

Müqəddəs Kitabın «Mətta» bölməsi Çin (haka) və Mizo dillərində işıq üzü gördü

Müqəddəs Kitabın «Mətta» bölməsi Çin (haka) və Mizo dillərində işıq üzü gördü

Ardıcıl iki həftə sonu Myanma filialının komitə üzvləri iki yerli dildə «Müqəddəs Kitab — Məttanın yazdığı müjdə»nin buraxılışını elan etdi. 3 sentyabr 2023-cü il tarixində Say Hlua qardaş Çində (Haka), 10 sentyabrda isə Klifton Ludlo qardaş Mizoda nəşrin işıq üzü gördüyünü elan etdi.

Çin (haka) dili

Buraxılışın proqramı yazıya alınıb Myanmadakı çindilli (haka) yığıncaqlara JW Box vasitəsilə çatdırıldı. Proqramı izləmək üçün Myanmanın müxtəlif ibadət evlərində 397 nəfər toplaşmışdı. Proqramın sonunda nəşrin çap olunmuş nüsxələri iştirakçılara paylanıldı. Nəşri elektron və audio formatda da əldə etmək mümkündür.

Çin (haka) dilində danışanların əksəriyyəti Myanmanın şimal-qərbində yerləşən Çin Təpələrində yaşayır. Dünyada 200 000-dən çox insan Çin (haka) dilində danışır. 220-dən çox təbliğçi Myanmadakı çindilli (haka) beş yığıncaqda və bir qrupda xidmət edir. Həmçinin Birləşmiş Ştatlarda da çindilli (haka) bir yığıncaq və bir qrup var.

Bir qardaş hisslərini belə ifadə edir: «Xidmətdə yeni tərcümə olunmuş “Mətta” bölməsindən istifadə etməyi səbirsizliklə gözləyirəm, çünki bu kitab bütün Çin (haka) dilində danışanların başa düşəcəyi dildə yazılıb».

Mizo dili

Nəşrin buraxılışının elan olunduğu proqram öncədən qeydə alındı və Myanmadakı iki ibadət evində göstərildi. Nitqdən sonra 173 nəfər nəşrin çap versiyasını əldə etdi. Kitab həm çap, həm də elektron formatda mövcuddur.

Mizo dili əvvəllər Luşey adlanırdı. Mizo dilində danışanların əksəriyyəti Banqladeş, Myanma və Hindistanın Mizoram ştatında yaşayır. Bütün dünyada təxminən 1,3 milyon insan bu dildə danışır. Hal-hazırda Myanma və Hindistanda beş mizodilli yığıncaqda təxminən 250 təbliğçi xidmət edir.

Əvvəllər Çin (haka) və Mizo tərcümə qrupları Çin Təpələrinin ətəyində yerləşən tərcümə ofisində xidmət edirdi. 2021-ci ilin aprelində baş verən vətəndaş müharibəsi zamanı tərcümə qrupları ərazini tərk etdi. Hal-hazırda tərcüməçilər Yanqonda yeni təsis olunmuş ofisdə xidmət edirlər. Bu ofis Myanma filialından təxminən 4,5 kilometr aralıda yerləşir.

«Məsih haqqındakı şanlı müjdənin nurunu» öz doğma dillərində oxuya bilən Çin (haka) və mizodilli bacı-qardaşlara və digər insanlara görə çox sevinirik (2 Korinflilərə 4:4).