Kontentə keç

Yuri Yuskov

22 MART 2024
RUSİYA

Səksən beş yaşlı qardaşımız Yuri Yuskov məhkum edildi

Səksən beş yaşlı qardaşımız Yuri Yuskov məhkum edildi

15 mart 2024-cü il tarixində Çuvaş Respublikasının Novoçeboksarsk Şəhər Məhkəməsi qardaşımız Yuri Yuskovu təqsirli bilərək beş il müddətinə şərti həbs cəzasına məhkum etdi. Cəza şərti olduğu üçün qardaşımız həbsxanaya salınmayacaq.

Dindaşımız barədə məlumat

Yuri kimi yaşlı bacı-qardaşlarımızın göstərdiyi iman və dözüm nümunəsinə görə onlara çox minnətdarıq. Bilirik ki, Yehova onları heç vaxt tərk etməyəcək və onlar üçün qüdrətli işlər görəcək (Zəbur 71:18, 19).

Hadisələrin gedişatı

  1. 4 may 2023

    Cinayət işi açılır

  2. 5 may 2023

    Evində axtarış aparılır. Başqa yerə getmək barədə iltizam alınır

  3. 23 yanvar 2024

    Cinayət işi üzrə məhkəmə icraatı başlanır

  4. 15 mart 2024

    Təqsirli bilinir və beş il müddətinə şərti həbs cəzasına məhkum edilir

a Müsahibə Yuri qardaş məhkum edilməzdən əvvəl götürülüb.