Kontentə keç

Yelena Reyno-Çernışova

28 YANVAR 2021
RUSİYA

Yelena Reyno-Çernışova imanına görə məhkum edilə bilər

Yelena Reyno-Çernışova imanına görə məhkum edilə bilər

Qərarın elan ediləcəyi tarix

29 yanvar 2021-ci il tarixində a Yəhudi Muxtar Vilayətinin Birobican Rayon Məhkəməsində Yelena Reyno-Çernışovanın işi üzrə qərarın elan edilməsi gözlənilir. Prokuror onun üçün istədiyi cəza növünü hələ bildirməyib.

Bacı barədə məlumat

Yelena Reyno-Çernışova

  • Doğulduğu il: 1968 (İrkutsk vilayəti, Maloy kəndi)

  • Bioqrafiya. 1990-cı illərdə Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başladı. Bu, onu hərbi xidmətdən çıxmağa və ailə həyatını qaydasına salmağa təşviq etdi. 1998-ci ildə vəftiz olundu.

  • Yoldaşı Yelenanın dininə şərik olmasa da, Yehovaya xidmət etmək qərarını dəstəkləyir. Futbol və voleybol oynamağı sevir.

Cinayət işi haqda məlumat

29 sentyabr 2019-cu il tarixində Birobicanda Yelena barədə cinayət işi açıldı.

Bundan dərhal sonra Federal Təhlükəsizlik Xidməti (FTX) onun evində axtarış apardı. Onun sözlərinə görə, Yehova bu zaman ona sakitliyi qorumağa kömək etdi. Yelena xatırlayır: «Duada Yehovadan durmadan mənə sakitlik və cəsarət verməyi xahiş edirdim ki, özümü ləyaqətli aparım və Onu üzüqara etməyim. Axtarış sakit keçdi və hər kəs nəzakətli idi».

Cinayət işi Yelenaya və ailəsinə pis təsir etdi. 2020-ci ilin iyul ayında əri üçüncü dəfə infarkt keçirdi. Yelenaya Birobicanı tərk etmək qadağan edilib. Onun bank hesabları dondurulub.

Yehovanın digər xidmətçilərinin sınaqlar zamanı davranışı üzərində düşünmək ona güc verir. O deyir: «Evlərinə basqın edilmiş və Yehovaya imanlarına görə cinayət təqibinə məruz qalan bacı-qardaşlar barədə xəbərləri oxumağı sevirəm. Onlar çoxlu çətinliklərə və pis rəftara cəsarətlə dözür». Müqəddəs Kitabı hər gün oxumaq və üzərində düşünmək də ona kömək edir.

Sınaqlara dözməli olduğu bu müddətdə Yelena Əşiya 30:15 ayəsi üzərində düşünməyi sevir. Ayədə yazılıb: «Sakitlik və etibar sizin gücünüz [olacaq]». Yelena deyir: «Mən həmişə bu sözləri xatırlayıram. Məni Özünə yaxınlaşdırdığına görə minnətdarlığımı bildirməyə söz tapmıram!.. Qəlbim həmişə rahatdır. Yehovaya həmişəkindən daha çox etibar edirəm. Əminəm ki, O, məni heç vaxt tərk etməyəcək».

a Tarix dəyişə bilər.