Yehovanın Şahidləri valideynləri və uşaqları cinsi təcavüzkarlara qarşı maarifləndirirlər
Müqəddəs Kitabda valideynlərə uşaqlarını sevmək, onlara nəsihət vermək və qorumaq buyrulur (Zəbur 127:3; Məsəllər 1:8; Efeslilərə 6:1—4). Valideynlər uşaqlarını bir çox təhlükələrdən qorumalıdırlar, onlardan biri cinsi təcavüzdür.
Onilliklərdir ki, Yehovanı Şahidləri sağlam ailə münasibətlərini təbliğ edən ədəbiyyatlar çap edir və paylayırlar. Onlar həmçinin valideynlərə uşaqlarını cinsi təcavüzdən qorumağa və bu sahədə məlumatlandırmağa kömək edən məqalələr dərc edirlər. Aşağıda bu sahədə verilən məsləhətlərin yer aldığı məqalələrin siyahısı gətirilir. Nəşrlərin tirajına və neçə dildə çıxdığına diqqət yetirin.
Məqalənin adı: «Gizli günah — yaxın qohumlar arasında cinsi əlaqə»
Nəşrin adı: «Oyanın!», 1981-ci il 8 fevral (ingiliscə)
Tiraj: 7800000
Dillərin sayı: 34
Məqalənin adı: «Yaxın qohumları tərəfindən təcavüzə məruz qalanlara kömək»
Nəşrin adı: «Gözətçi qülləsi», 1983-cü il 1 oktyabr (ingiliscə)
Tiraj: 10050000
Dillərin sayı: 102
Məqalələrin adı: «Uşaqlara cinsi təcavüz — anaların kabusu»; «Uşaqlara cinsi təcavüz — kimdən ehtiyat etməli?»; «Uşaqlara cinsi təcavüz — siz uşaqlarınızı qoruya bilərsiniz»
Nəşrin adı: «Oyanın!», 1985-ci il 22 yanvar (ingiliscə)
Tiraj: 9800000
Dillərin sayı: 54
Məqalələrin adı: «Cinsi təcavüzün qurbanı olan məsum uşaqlar»; «Uşaqlıqda cinsi təcavüzə məruz qalanların gizli yarası»
Nəşrin adı: «Oyanın!», 1991-ci il 8 noyabr (rusca)
Tiraj: 12980000
Dillərin sayı: 64
Məqalələrin adı: «Uşağınız təhlükədədir!»; «Uşaqlarımızı necə qoruya bilərik?»; «Ailədə zorakılığın qarşısını necə almaq olar?»
Nəşrin adı: «Oyanın!», 1993-cü il 8 dekabr (rusca)
Tiraj: 13240000
Dillərin sayı: 67
Məqalənin adı: «Uşaqlarınızı qoruyun»
Nəşrin adı: 2002-ci ildə çəkilmiş 4 nömrəli ictimai reklam
Dillərin sayı: 2
Məqalənin adı: «Allah İsanı necə qorudu?»
Nəşrin adı: «Böyük Müəllimdən öyrən» kitabı, 32-ci fəsil, (2009-cu il)
Tiraj: 39746022
Dillərin sayı: 141
Məqalələrin adı: «Valideynlər, uşaqlarınız təhlükədədir!»; «Uşaqlarınızı necə qoruya bilərsiniz?»; «Qoy ailəniz sakit liman kimi olsun»
Nəşrin adı: «Oyanın!», 2007-ci il oktyabr (rusca)
Tiraj: 34267000
Dillərin sayı: 81
Məqalələrin adı: «Cinsi təcavüzdən özümü necə qoruya bilərəm?»; «Valideynlərin sualları: uşağımla cinsi əlaqə barədə danışmalıyammı?»
Nəşrin adı: «Gənclərin sualları. Praktiki məsləhətlər» kitabı, cild 1, 2012-ci il
Tiraj: 18381635
Dillərin sayı: 65
Məqalənin adı: «Valideynlər övladlarına necə cinsi tərbiyə verə bilərlər?»
Nəşrin adı: jw.org saytı, 2013-cü il 5 sentyabr tarixində çıxmış məqalə
Dillərin sayı: 64
Yehovanın Şahidləri valideynləri və uşaqları cinsi təcavüzkarlardan qorumaq məqsədilə bundan sonra da onları maarifləndirəcəklər.