Toronto Kitab Sərgisində JW.ORG saytı nümayiş olunur
2014-cü il 13—16 noyabr tarixlərində Metro Toronto Konqres Mərkəzində Toronto Beynəlxalq Kitab Sərgisi keçirildi. Sərgidə çap və elektron formatda kitablar nümayiş edildi. Dörd gündən çox davam edən bu sərgini 20000-dən çox adam ziyarət etdi.
Parlaq, interaktiv guşələri olan Yehovanın Şahidləri də sərgidə iştirak edənlər arasında idilər. Onların guşələrində jw.org saytının istifadə qaydasını göstərən elektron məlumat köşkləri var idi.
Sərgi menecerlərindən biri bu sözləri demişdi: «Sizin saytınız çox müasirdir. Məncə, digər tədbir iştirakçıları da sizin saytdan örnək almalıdır». Tədbiri ziyarət edənlər saytın peşəkar, asan idarə olunan və vacib sualları cavablandıran sayt olduğunu qeyd etdilər. Saytın insanlara problemlərin və qayğıların öhdəsindən gəlməyə kömək etməsi də onlara dərin təsir bağışladı.
Yehovanın Şahidləri guşələrinə yaxınlaşan insanlarla söhbət edərkən müşahidə ediblər ki, ziyarətçilərin əksəriyyəti jw.org saytı haqda ilk dəfə bu sərgidə eşidib. Guşəni ziyarət edənlərin demək olar ki hamısı vizit kartı və ya «Həyati vacib suallara kim cavab verə bilər?» adlı bukleti götürdü. Çoxları sayta daxil olacaqlarını bildirdi. Bəziləri isə Yehovanın Şahidlərinin onları ziyarət etməsini istədi.
Cümə günü isə sərgidə «Uşaqlar günü» idi. Yehovanın Şahidləri jw.org saytından qələm animasiyalarını nümayiş etdirirdilər. Müəllimləri ilə birgə gələn məktəblilər ayaq saxlayıb bu animasiyaya baxırdılar.
Müqəddəs Kitab çap edən şirkətlərlə işləyən çikaqolu bir şəxs guşədə gördüyü «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin keyfiyyətini bəyəndiyini bildirdi və bu kitabları çap edən avadanlıqları görmək istədiyini dedi. Yehovanın Şahidləri ona vizit kartlarını verdi.
Ziyarətçilər 700-dən çox dildə olan saytımıza 16 dildə — amhara, benqal, çin, fransız, hind, ingilis, ispan, İsveç, Koreya, qucarat, portuqal, tamil, tiqre, urdu, Vyetnam və yunan dilində daxil oldular.
Qonaqları qarşılayan bir Yehovanın Şahidi qeyd edir ki, sayt haqda danışmaqla onu göstərmək eyni şey deyil. O deyir: «Saytımızı tanıtmaq üçün bu çox yaxşı fürsət idi».